Müğənni Rəqsanə həbs olunan prodüserin uşaqlarını sığınacağa yerləşdirdi – VİDEO




      Bölmə: Şou Tarix: 15.02.2023 / 15:09

Müğənni Rəqsanə İsmayılova illərdir qalmaqal yaşadığı, ötən gün həbs olunan prodüser Təranə Səmədovanın övladlarını sığınacağa yerləşdirib.

44GÜN.AZ xəbər verir ki, müğənni “TikTok” hesabında açdığı canlı yayımda prodüserin həbs edilməsinə münasibət bildirib.

Danışarkən göz yaşlarını saxlaya bilməyən Rəqsanə deyib ki, bir müddət öncə barışdığı Təranənin uşaqlarına yazığı gəlir:

“Eşitdim ki, Təranənin problemləri, ehtiyacları var. Onunla danışırdım. Dedim ki, əlimdən gəldiyi qədər sənə kömək edəcəyəm. Amma bir az ağılla hərəkət etmək lazım idi. Ona, əsas da övladlarına yazığım gəlir. Bu gün onun övladlarını sığınacağa yerləşdirdim. Oradan gələndən bəri ağlayıram”.

Xatırladaq ki, fevralın 14-də saxlanılan Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub. O, 2017-ci ildə qadın alveri səbəbilə ittiham olunaraq iki il müddətinə azadlıqdan məhrum edilib. 2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılıb. Məhkəmə T.Səmədovanın hamilə olduğunu nəzərə alaraq, ona həbs cəzası verməmişdi. Prodüser 400 manat məbləğində cərimə olunaraq sərbəst buraxılmışdı.

Qeyd edək ki, 2022-ci ilin dekabrında T.Səmədovanın əri Rasim Həsənov da hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə saxlanılmışdı. /lent.az/






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)