Özünü "Lotu Quli"nin qardaşı kimi təqdim edib müğənnini aldadan şəxs: "Sənə ev alacam" - Film kimi DƏLƏDUZLUQ!




      Bölmə: Hadisə Tarix: 15.02.2023 / 15:46

Bakıda özünü "Lotu Quli"nin qardaşı Namiq Səlifov kimi təqdim edib, məşhur müğənnini aldadan şəxsin məhkəməsi yekunlaşıb.

Əvvəllər məhkum olunmuş 2000-ci il təvəllüdlü Kamil Həsənov (ad-soyad şərti) adlı şəxs özünü Namiq Səlifov kimi təqdim edərək müğənni Ziba Osmanlını aldadıb və 7400 manat pulunu mənimsəyib. 

Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Kamil ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək deyib ki, xatırlamadığı bir taxirdə "Instagram” sosial şəbəkəsində "Ziba.Osmanlı.ofical" profilinə yazaraq, Ziba adlı xanımla tanış olub. Bir müddət sonra o, Zibanın müğənni olduğunu və müxtəlif toy məclislərində oxuduğunu öyrənib. Bundan sonra "WhatsApp" vasitəsi ilə xarici nömrədən Zibanın ilə əlaqə saxlayıb, özünü "Lotu Quli"nin qardaşı Namiq Səlifov kimi təqdim edib və onu İstanbula oxumaq üçün dəvət etmək istədiyini bildirib. Ziba təkliflə razılaşaraq, bunun müqabilində 3000 dollar pul istəyib. Kamil isə onu şirnikləndirmək üçün 5000 dollar verəcəyini bildirib. 

Aradan bir neçə gün keçdikdən sonra Zibaya zəng edib, ondan xoşu gəldiyini, bu səbəbdən də ev hədiyyə etmək istədiyini bildirib. Zibaya internetdən götürdüyü ev şəkillərini göndərib. Müğənni Yasamal rayonunda yerləşən 3 otaqlı evi bəyənib. O, Zibaya hazırda Türikiyədə olduğunu, müəyyən səbəblərə görə Azərbaycana pul göndərə bilmədiyini deyib və evin sənədləşməsi üçün ondan 7400 manat istəyib. Müğənni onunla razılaşıb, bir neçə gün ərzində 7400 manatı göndərib.  

Kamil isə həmin pulla "Kubinka” deyilən ərazidən narkotik alaraq istifadə edib. O, polis tərəfindən saxlanılarkən üzərində narkotik maddə (metamfetam) olub.

Zərərçəkmiş şəxs Ziba Osmanlı ifadəsində bildirib ki, "Whatsapp” vasitəsi ilə ona ABŞ operatoruna məxsus nömrədən SMS gəlib. Həmin şəxs özünü ona "Lotu Quli"nin qardaşı Namiq Səlifov kimi təqdim edib və İstanbuldakı "Hilton” otelində keçiriləcək məclisdə iştirak edərək, oxumasını istəyib.


Müğənni xidmət haqqı olaraq ondan 3000 dollar istəyib, həmin şəxs isə 5000 dollar verəcəyini bildirib. Aralarında razılıq əldə olunub.

Bir müddət sonra özünü Namiq Səlifov kimi təqdim edən şəxs yenidən zəng edərək, ondan xoşu gəldiyini və aşiq olduğunu bildirib. Bundan sonra aralarında münasibət yaranıb və dələduzluq hadisəsi baş verib. Ziba Osmanlı dəymiş ziyanın (7400 manat) ödənilməsini tələb edib.


Məhkəmənin qərarı ilə Kamilə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. /qaynarinfo.az/






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)