Rəqqasə Fatimə Fətəliyeva qalmaqallı olduğu şairə Nazilə Səfərlinin onun haqqında söylədiyi “Fatimə danışmasın, oynasın” fikirlərinə münasibət bildirib.
44gun.az xəbər verir ki, bu barədə Fətəliyeva “Xəbər-ətər”ə müsahibəsində deyib:
“Qarşı tərəf mənə danışmağı öyrədəcək? Ola bilər ki, o, şairə olsun, poeziya gecələri aparsın, onun işidir. Mən isə o qədər pozitivəm ki, söz bazam da içimdən gəlir… Gedib onun məktəbini oxumamışam. Vallah bizim bu qədər mübahisəmiz olsa da, dilimə gətirə bilmərəm ki, vay, vay, vay, filankəs məclisi öldürür, bütün günü ağlaşma aparır”.
Fatimə oriental rəqs etməsindən də danışıb:
“Oriental rəqs etmək, məgər, pozğun rəqsdir?”.