“Polkovnik ərim silahı başıma dirədi, dedi ki, ona xəyanət etdiyimi söyləyim” - VİDEO




      Bölmə: Hadisə Tarix: 01.03.2023 / 22:43

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinin, mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə polkovnik-leytenantı Ceyhun Hüseynovun həyat yoldaşına şiddət göstərdiyi iddia edilir. 

44Gun.Az Oxu.az-a istinadən xəbər verir ki, onun arvadı mediaya müraciətində bildirib.

N.Hüseynova bildirib ki, yeddi ildir Ceyhunla ailə həyatı qurub:

"Bizim iki azyaşlı övladımız var. İl yarımdır ki, Ceyhun Hüseynov evə gəlmir, əxlaqsız qadınlarla yaşayır. Hər dəfə evə gələndə mənə işgəncə verir. Sonuncu dəfə bu ilin fevralın 21-də axşam saatlarında evə gəlib, uşaqlarını dostu Mübarizlə apardılar.

Daha sonra geri qayıtdı, dövlətin ona verdiyi silahı zorla mənim başıma dirədi və "sənə xəyanət etmişəm" sözlərini deməyimi bildirdi. Həmin görüntüləri dostu Mübariz çəkdi. Həmin gecə saatlarla mənə fiziki zorakılıq göstərdi. Uşaqları yenidən evə gətirdi və özü getdi".

O deyir ki, fevralın 22-də Ceyhun evə gəlib və uşaqları ondan alıb:

"Daha sonra məni zorla çöllük bir yerə aparıb, dəmir parçası ilə vurdu. Yenə də mənə ona "xəyanət etmişəm" sözünü dedirtdi. Şok vəziyyətində idim, məni evə gətirərək əl-ayağımı bağladı. Sonra ona yalvardım, əl-ayağımı açdı.

Mənə bildirdi ki, evə gəlib, məni yenə döyəcək. Həmin vaxt üstümə bıçaq çəkdi. Səhəri gün pəncərədən yaşadığımız evin həyətinə və oradan da qonşuların həyətinə tullandım. Onlardan biri mənim həyətindən keçməyimə icazə verdi. Mən taksiyə minib, Abşeron Rayon Polis İdarəsinə getdim".

N.Hüseynova uşaqlarından xəbər ala bilmədiyini deyib:

"Övladlarım tanımadığım qadınların yanındadır. Mənim həyatım da təhlükədədir. Ceyhun məni hədələyir ki, dövlətin ona verdiyi silahla məni öldürəcək".

Oxu.az-ın əldə etdiyi məlumata görə, artıq məsələ barədə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda araşdırma başlanılıb. 






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)