Qəfil ölümün bioqrafiyası... - Hacı Şahin kim idi?




      Bölmə: Gündəm Tarix: 02.03.2023 / 13:55

Bu gün səhər saatlarında tanınmış ilahiyyatçı, Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin Həsənlinin qəfil vəfatı onun kimliyi və şəxsiyyətinin ətrafında maraq yaradıb.

Tanınmış ilahiyyatçının həyat və fəaliyyətilə bağlı vacib məqamları oxucuların diqqətinə çatdırır.

Həsənli Şahin Hüseyn oğlu 1974-cü ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Texniki Universitetinin məzunu olan Hacı Şahin, ikinci təhsilini tarix üzrə Bakı Dövlət Universitetində alıb. O, eyni zamanda, fars və rus dillərini də bilirdi.

Təkcə dindarlar deyil, cəmiyyətin digər kəsimləri arasında da böyük nüfuza sahib olan Hacı Şahin, həm də ictimai xadim kimi fəaliyyət göstərirdi. O, sağlığında kütləvi tədbirlərdə, şəhidlərin dəfn mərasimində yaxından iştirak etməklə şəhid ailələrinə mənəvi dəstəyi ilə diqqət çəkirdi. Eyni zamanda Vətən müharibəsi dövründə hərbçilərin ruh yüksəkliyinin artırılmasında da rolu olub.

Hacı Şahinin fəaliyyətinin əsas istiqaməti milli-mənəvi dəyərlərimizin, sağlam həyat tərzinin və vətənpərvərlik hissinin gənclər arasında təbliği olub. O, bu səbəbdən tez-tez maarifləndirici məqalələrlə də çıxış edirdi. Hacı Şahin bu mövzuda yazdığı bir neçə məqaləni də məhz “Qafqazinfo” ilə bölüşmüşdü.

Hacı Şahin son zamanlar Azərbaycan və İran arasında gərginləşən siyasi proseslər zamanı da açıqlamaları ilə diqqət çəkirdi. O, bu mövzuda son olaraq Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumunu pisləmiş, İranın buna görə məsuliyyət daşıdığını demiş, “Xarici ölkələrdəki səfirliklər Azərbaycan ərazisidir və insan vətən uğrunda canını fəda edirsə, şəhiddir” açıqlaması ilə yadda qalmışdı.

Bu gün 48 yaşında vəfat edən alim, dini fəaliyyətinə 1991-ci ildən başlayıb. Bir il sonra isə paytaxtın Yasamal rayonunda yerləşən “Hüseyniyyə” adlı kiçik ibadət evində ruhani kimi fəaliyyət göstərib. 2001-ci ildən “Məşədi Dadaş” məscidində imam-camaat olub. 2014-cü ildən Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi, 2021-ci ildə isə QMİ Qazilər Şurasının üzvü təyin olunub. 

Hacı Şahin ailəli, dörd uşaq atası idi.

Allah rəhmət eləsin!







SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)