15 yaşlı qız sevgilisinə bütün ailə üzvlərini öldürtdü - Səbəb dəhşətə gətirir




      Bölmə: Hadisə Tarix: 02.03.2023 / 19:27

Rusiyada, Omsk vilayətində məhkəmə üç ailə üzvünü qətlə yetirməkdə təqsirli bilinən 15 yaşlı yerli sakin və onun 18 yaşlı sevgilisini 6 il 6 ay və 6 il 7 ay müddətinə azadlıqdan məhrum edib.

44GÜN.AZ bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsinin rəsmi nümayəndəsi Larisa Boldinova məlumat verib.

Təqsirləndirilən şəxslər Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin "a", "v", "j" bəndləri ("İki və ya daha çox şəxsi, o cümlədən yetkinlik yaşına çatmayanı xüsusi amansızlıqla öldürmək) təqsirli biliniblər.

İstintaq və məhkəmə müəyyən edib ki, Yuryevka kəndində yeniyetmə qız gənc oğlanı valideynlərin münasibətlərinə qarşı olduqları üçün öldürməyə razı salıb. 2022-ci il yanvarın 22-nə keçən gecə gənc oğlan qızın açdığı qapıdan evə daxil olaraq yatmış ailə üzvlərinə - 35 yaşlı anaya, 38 yaşlı ögey ataya və dayaq-hərəkət sistemi xəstəliyindən əziyyət çəkən 10 yaşlı qıza süngü ilə ölümcül xəsarətlər yetirib.

Yeniyetmələr qızın yalnız altı yaşlı qardaşını sağ qoyublar. Onunla birlikdə qız qonşuların yanına qaçaraq naməlum şəxsin evə girərək valideynlərini və bacısını öldürdüyünü bildirib. Daha sonra o, cinayəti törədənin haqda yalançı ifadə verib. Lakin təkrar dindirilmə zamanı yeniyetmələr əməllərini etiraf ediblər. Qız günahını etiraf edib. /Milli.Az/






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)