Bəxtiyar Hacıyev ilə görüntüləri yayılan xanım Mehriban Əliyevaya müraciət etdi |
| Bölmə: Xəbər |
Tarix: 02.03.2023 / 22:57 |
| Model, teleaparıcı və aktrisa Tunay Əliyeva Birinci vitse-prezident Mehriban Əliyevaya açıq məktub yazıb. 44gun.az xəbər verir ki, o açıq məktubu feysbuk profilində paylaşıb. Məktubda bildirilib: “Hörmətli Mehriban xanım! Siz təkcə ölkənin 1-ci vitse-prezidenti yox, həm də mənim həmcinsimsiniz. Bu üzdən bir qadın kimi sizə müraciət edirəm. Məlumunuzdur ki, ictimai fəal Bəxtiyar Hacıyev öz hüquqlarını müdafiə naminə artıq 50 gündən artıq idi ki, aclıq aksiyası keçirirdi. Bu, onun öz seçimidir. Lakin onu ifşa etdiyini düşünən (deyilənə görə, Azərbaycanın bəzi səlahiyyətli şəxsləri də bura daxildir) müəyən bir qrup neçə gündür ki, mənim də adımın, illər öncə ictimai yerdə çəkilmiş video və fotomun yer aldığı materialları yayırlar. “Telegram” şəbəkəsində kanallar yaradaraq onlarla Azərbaycan qız-qadınını təhqir edir, aidiyyəti olub-olmadığı bəlli olmadan onların bilgilərini paylaşırlar. Bu mənəvi terrora hələ də davam edirlər. Bəxtiyarın telefonundakı, noutbukunda uzun illərdən bəri tanış, dost, sevgili olduğu qadınlara məxsus şəkillər ictimailəşdirilir. İnsanlar təhqir olunur, hədəf göstərilir. Bu “ifşa” prosesini həyata keçirənlər Azərbaycan kimi mühafizəkar cəmiyyətdə bu qadınların sonrakı həyatını, hazırki ailə durumunu, psixoloji vəziyyətini, ictimaiyyətin onlara olacaq münasibətini düşünmürlər. Bu kibercinayətdir, insanların şəxsi həyatına müdaxilədir. Bundan başqa ölkə vətəndaşlarının həyatını siyasi məqsəd naminə böyük bir təhlükəyə atmaqdır.
Hörmətli Mehriban xanım! Biz Azərbaycan qadınlarını bu faciədən ancaq sizin aidiyyəti qurumlara göstərişiniz xilas edə bilər. Bizə qarşı bu terroru edənlər üçün heç bir mənəvi dəyər, qırmızı cizgi yoxdur. Sizi bütün bu baş verən iyrəncliklərə “dur” deməyə səsləyirəm. Siz də anasınız və belə məqamlarda bir qadının, qızın başına nə gələcəyini bilməmiş deyilsiniz. Lütfən bu biabırçılığın sonlandırılması üçün göstəriş verəsiniz”.
|
Facebook
Вконтакте
Одноклассники
Google+
|
SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)
|