Əri tərəfindən narkomana çevrilən qadın: "Öz dozasında mənə də vururdu" - VİDEO
Bölmə: Xəbər
Tarix: 03.03.2023 / 14:16
"2019-cu ildə yoldaşımla tanış olmuşdum. Eşitmişdim ki, narkotik qəbul edir, lakin görməmişdim. Əvvəl yanımda narkotik qəbul etmirdi. Bir gün gördüm ki, oturub çəkir. Mənə sual verdi ki, çəkmək istəyirsənmi? Cavab verdim ki, istəyirəm. Sonra hər gün onunla çəkməyə başladım. Öz dozasında mənə də çəkdirməyə başladı. Bir də ayıldım ki, bir ay keçib".
44GÜN.AZ xəbər verir ki, bu sözləri Nail Kəmərlinin yutub kanalına narkotik maddələrinin alküdəçisi olan Samirə adlı qadın bildirib.
O, narkotikin qurbanı olduğunu, bu həyatdan bezdiyini və sağalmaq istədiyini dilə gətirib.