Karantin rejiminin psixoloji fəsadları: Sağalma prosesi necə olacaq? - ARAŞDIRMA |
| Bölmə: Gündəm |
Tarix: 04.03.2023 / 15:29 |
| Pandemiyaya görə tətbiq edilən karantin qaydaları insanların zehnində dərin izlər buraxıb. 44gun.az “The Conversation UK” ya istinadən bildirir ki, sosial təcridin daha əvvəl psixoloji problemləri olmayan insanların belə psixi sağlamlığına mənfi təsirləri ortaya çıxıb. Bu, əhval-ruhiyyənin azalması ilə yanaşı, yalnızlıq, yorğunluq, stress və konsentrasiya problemləri ilə əlaqələndirilib. İnsanların sosial təcrid dövründən necə çıxdıqları ilə bağlı bir sıra araşdırmalar aparılıb. Məhdudiyyətlər psixoloqlara sosial izolyasiyanın ümumi əhaliyə təsirlərini öyrənmək üçün unikal bir fürsət verib. Digər tərəfdən, insanların sosiallaşmaq vasitəsilə çoxlu faydalar əldə etdiyi bəllidir - demansın qarşısının alınması və yaddaşın artırılmasından tutmuş konsentrasiyanın və aydın düşünmə qabiliyyətinin yaxşılaşdırılmasına qədər... Lakin pandemiya zamanı sosial həyatımız məhdudlaşdıqca, bu imkanlardan da məhrum olduq. İngiltərəli tədqiqatçılar karantindən sonra insanların sosial bacarıqlara adaptasiyası barədə araşdırma aparıblar. Belə ki, sorğu iştirakçılarından diqqət, öyrənmə qabiliyyəti, iş yaddaşı və hətta vaxt qavrayışındakı dəyişiklikləri qiymətləndirmək üçün bir sıra onlayn testləri tamamlamaqları istənilib. Bu çərçivədə qeyd olunub ki, diqqət, öyrənmə qabiliyyəti və iş yaddaşı çalışan zaman və ya oxuyarkən yerinə yetirə biləcəyimiz tapşırıqlar üçün vacibdir: “Bunlar öyrəndiyimiz şeyləri nə qədər yaxşı xatırladığımızın, bir tapşırığa nə qədər diqqət yetirə biləcəyimizin göstəriciləridir”. Mütəxəssislər bildiriblər ki, karantin məhdudiyyətləri yüngülləşdikcə bu göstəricilərin hamısı sürətlə yaxşılaşıb və tədqiqat iştirakçıları hər həftə irəliləyişlər əldə ediblər. “Hamımız müxtəlif dərəcələrdə yalnızlıq və təcrid dövrü yaşayırıq, buna görə də sosiallaşmanın faydalarından qismən də olsa məhrum olmağımız təəccüblü deyil. Araşdırmalara görə, karantin də əksəriyyətin daha diqqətsiz, ləng və yorğun edib. Ancaq insanların yenidən sosiallaşmağa başlaması ilə idrak funksiyasının yaxşılaşdığının şahidi oluruq və bu sürət ümidin olduğunu göstərir”.
|
Facebook
Вконтакте
Одноклассники
Google+
|
SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)
|