Şeyxin ABŞ-a səfəri başa çatdı




      Bölmə: Xəbər Tarix: 05.03.2023 / 11:38

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin başcılıq etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfərinin sonuncu günündə Solt-Leyk Siti şəhərindəki Humanitar Yardım Mərkəzində olub.

44GÜN.AZ xəbər verir ki, bu barədə idarənin mətbuat xidmətindən bildirilib. Azərbaycan nümayəndə heyətinə mərkəzin fəaliyyəti barədə məlumat verilib.

Qeyd edilib ki, burada etnik, dini, irqi mənsubiyyətindən asılı olmayaraq, dünyanın müxtəlif ölkələrində təbii fəlakətlərdən, hərbi-siyasi qarşıdurmalardan zərər çəkmiş, ehtiyacı olan insanlar üçün yardımlar tədarük edilir və göndərilir. Böyük ərazini əhatə edən mərkəzin nəzdində qablaşdırma müəssisələri, istehsal sahələri və təlim kursları fəaliyyət göstərir. Təkcə 2021-ci ildə buradan müxtəlif ünvanlara təqribən bir milyard ABŞ dolları məbləğində yardım göndərilib.

Azərbaycan nümayəndə heyəti, həmçinin Yuta ştatında fəaliyyət göstərən Xədicə məscidinin dini icmasının üzvləri ilə görüşüb. İcmanın sədri Salman Məsud nümayəndə heyətinin üzvlərini buradakı fərqli müsəlman dini icmaların ictimai həyatda iştirakı, fəaliyyət prinsipləri, İslam dəyərlərinin qorunması və inkişafı istiqamətində gördüyü işlər haqqında ətraflı məlumatlandırıb.

Sonra Xədicə məscidində Cümə namazı qılınıb. Cümə xütbəsindən sonra Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musayev dindarlara müraciətində İslam dininin qardaşlıq, həmrəylik, sülh və yardımlaşma dini olduğunu, məzhəb və təriqətindən asılı olmayaraq, müsəlmanların mənəvi birliyinin önəmini vurğulayıb. Şeyxülislam Allahşükür Paşazadə səfərin yekunları ilə bağlı yerli kütləvi informasiya vasitələrinə müsahibə verib.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)