Kürün bu fotoları narahatlıq yaratdı...




      Bölmə: Gündəm Tarix: 06.03.2023 / 16:51

Azərbaycanın su təchizatında əsas mənbə sayılan Kür çayında suyun səviyyəsi kəskin azalıb. Xüsusən, çayın Salyan və Neftçala rayonlarının ərazisindən keçən hissəsində quruma hiss olunur.

44gun.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə fotolar paylaşılır. Qeyd olunur ki, bu səbəbdən hazırda həmin rayonların Kür çayı boyunca yerləşən kəndlərində ciddi içməli su problemi yaşanır. Ehtimal olunur ki, yaxın vaxtlarda əkin sahələrində yaz suvarmasına başlanıldıqdan sonra problemin miqyası daha da böyüyəcək.

Kürün suyunun quruması ilə bağlı təhlükə varmı? Bu ekoloji tarazlığın pozulmasına səbəb ola bilərmi?

Problemlə bağlı ETSN-nin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyevlə əlaqə saxladıq. O, son bir neçə il ərzində Kürün suyunun 20-25 faiz azaldığını təsdiqlədi: “Kür çayında suyun azalması, birinci növbədə, iqlim dəyişmələrinin təsiri nəticəsində baş verir. Çayın çoxillik rejimində azalma müşahidə olunur. Temperaturun, buxarlanmanın artması, yağıntının azalması Kür çayı və onun qollarında sululuğun son 30 ildə 10-15 faiz, son bir neçə ildə isə 20-25 faiz azalmasına səbəb olub. Biz Kürdə və onun qollarında son illərdə su qıtlığı hiss edirik. Bundan başqa, Kürdə suyun azalması həm də mövsümi tərəddüdlə bağlıdır. Qış mövsümü adətən azsulu dövr olduğundan qışda su aşağı olur, buna eyni zamanda iqlim dəyimələrinin təsirini də əlavə eləsək, suda ümumi azalma müşahidə olunur. Kürdə suyun sürəti aşağı olduğundan orada axın da güclü olmur”.

Xidmət rəsmisi əlavə edib ki, mart ayında, adətən, qarın əriməsi, yağışların düşməsi ilə əlaqədar Kür çayına daxil olan axım artacaq. Son 2 gündə bu, özünü hiss etdirir: “Son iki gündə həm Kür, həm də Qanıx çayı ilə daxil olan sularda artım müşahidə edilir. Bu artım imkan verir ki, Kürün aşağı axınında da suyun sərfini bir qədər artıraq. Yaxın günlərdə bu müsbət dəyişiklik öz təsirini göstərəcək”. 

Kürün suyunun azalmasının ekosistemə təsirinə gəlincə isə, R. Verdiyev bildirib ki, su nə qədər çox olsa, ekosistem üçün bir o qədər yaxşı olar. Hazırda orada su üçün kifayət qədər səviyyənin olması ekosistem üçün ciddi problem yaratmır. 







SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)