“Bəzi kişilər homoseksual olduqlarını bilə-bilə...” – Psixoloqdan ilginc AÇIQLAMA




      Bölmə: Sosial Tarix: 07.03.2023 / 15:35

Son vaxtlar cinsi azlıqlara meyilin artdığını müşahidə edilir.

Sosial şəbəkələr üzərindən aparılan müşahidələr belə düşünməyə əsas verir ki, hətta xanımlarla münasibətdə olan kişilər də eyni zamanda bu insanlarla əlaqədə maraqlı görünürlər.

Maraqlıdır, bəylərin öz həmcinslərinə maraq göstərməsi nədən irəli gəlir ? Bu, bir xəstəlik, problem hesab oluna bilərmi?

Mövzu ilə bağlı sfera.az-a açıqlama verən psixoloq Rövşən Nəcəfov bəzi kişilərin öz həmcinslərinə maraq duyduqlarını bildiyi halda evləndiklərini deyib:

“Bəzi kişilər homoseksual olduqlarını bilə-bilə qadınlarla evlənirlər və ya münasibət qururlar. Buna səbəb odur ki, ətraf mühitə qarşı kamuflyaj etmək və ya özündə olanı ailə üzvlərindən gizlətmək cəhdidir. Onlar həyatlarında olan qadınlarla cinsi münasibət zamanı psixoloji gərginlik yaşayırlar. Bir müddət sonra isə qadınla cinsi münasibət istəkləri azalır və tədricən yox olur. Bəzən homoseksuallar cinsi oriyentasiyalarını gizlədərək homoseksualizmə qarşı rəftar nümayiş etdirməklə yanaşı, tez-tez sevgilisini dəyişən eşqbaz kimi davrana bilərlər. Psixoloji müşahidələr zamanı aydın olur ki, homoseksuallar evləndikdən və ya hər hansı xanımla uzunmüddətli münasibətdən sonra qadınlara qarşı cinsi istəyini itirirlər”.

Ekspert insanların cinsi istəklərin və onun realladırılma yönlərinin getdikcə bir-birinə oxşadığını da qeyd edib:

“Şəxslərin cinsi istəkləri özlərinəməxsus, fərdi olmalıdır. Amma dövrümüzdə cinsi təcrübə əsasən filmlər və rəqəmsal materiallar kimi mənbələrdən öyrənildiyi üçün insanların cinsi istəkləri də getdikcə bir-birinə bənzəməyə başlayır. Bəzi insanlar cinsi istəkləri fərqli olsa da, gördüklərinin və eşitdiklərinin ortalamasını normal qəbul edir və özlərini buna uyğunlaşdırmağa məcbur edirlər. Cinsi pozğunluqların yaratdığı psixoloji böhranlar şəxslərin davranışlarında uyğunsuzluqlar formalaşdırır. Təkrarlanan və nizamsız təcrübələr cinsi istəyi azaldır və ya fərqli müstəviyə təhrik edir. Fantaziyalar və fərqliliklər cinsi münasibətlərə uyğunluq gətirmir. Cinsi münasibət iki şəxs arasında bioloji və psixoloji uyğunluqdur. Cinsi istək xəstəlik deyil. Cinsi istək şəxsin bioloji və psixoloji həyatından asılıdır. Şəxsin cinsi münasibətlərində nizamsızlıq və uyğunsuzluğun olması psixoloji böhrandır”.

Psixoloq insanların uşaqlıq yaşlarından izlənilməli olduğunu qeyd edib:

“Cinsi istismara və travmaya məruz qalan şəxslərdə cinsi disfunksiyalar, erektil disfunksiya və cinsi istək pozğunluğu yaranır. Uşaqlıq dövründə cinsi həvəsin inkişafında davranış və informasiya əsas meyarlardır. Uşaqların uyğun olmayan cinsi hərəkətləri müşahidə olunmalıdır ki, gələcəkdə psixoloji böhranlar yaranmasın”.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)