Sumqayıtda 7 gün əvvəl yaranan şirkət 300 minlik tenderi necə udub? – Təfərrüat




      Bölmə: Sosial Tarix: 09.03.2023 / 17:29

Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

44gun.az açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 293 min 230 manat olan tender müsabiqəsinin qalibi “4 MM AQRO” MMC (VÖEN- 6701560141) olub.

“4 MM AQRO” MMC Sumqayıt Yaşıllaşdırma İdarəsinin sifarişilə yaşıllıqların salınması işlərini həyata keçirəcək.

Nizamnamə kapitalı 10 manat olan “4 MM AQRO” MMC-nin hüquqi ünvanı Saatlı rayonu, Əlisultanlı, ev 1, m. 23-də yerləşir. MMC-nin qanuni təmsilçisi Fətəliyeva Nurlanə Şahin qızıdır.

Tender müsabiqəsinin maraqlı və şübhəli tərəfi odur ki, qalib şirkət – “4 MM AQRO” MMC tender müsabiqəsinin başlamasından cəmi 7 gün əvvəl dövlət qeydiyyatına alınıb.

Daha əvvəl dəfələrlə qeyd etdiyimiz kimi, bu hal "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblərə uyğun deyil. Belə ki, həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.
Cəmi 7 gün əvvəl yaranan şirkətin 300 min manatlıq tenderi uda bilmək üçün hansı peşəkarlığa və təcrübəyə sahib olduğu da başa düşülən deyil.
“4 MM AQRO” MMC barəsində açıq internet resurslarda heç bir məlumat yoxdur. Yüzminlərlə manat dəyərində tender udan şirkətin nəinki rəsmi saytı, hətta sosial şəbəkə hesabı belə yoxdur.

Onu da qeyd edək ki, Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi əvvəllər də bu cür şübhəli tender müsabiqələri keçirib.

Məsələn, 25.05.2022-ci il tarixində 141 min manat dəyərində tender elan edib və qalib şirkət təxminən bir ay əvvəl – 15.04.2022-ci ildə dövlət qeydiyyatına alınan “SANDORA” MMC (VÖEN – 1203088251) olub. Yaxud da, 01.07.2022-ci il tarixində 1941 min manat dəyərində tender elan edilib və qalib şirkət təxminən iki ay əvvəl – 06.05.2022-ci ildə dövlət qeydiyyatına alınan “FIKSON TS CORP” MMC (VÖEN – 1102599721) olub./yeniavaz.com/






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)