“Qızın dalınca gedib, ordan dostlarına yazıb ki…” – İranda itkin düşən Azərbaycan vətəndaşının anası DANIŞDI




      Bölmə: Hadisə Tarix: 09.03.2023 / 17:54

Almaniyada yaşayan Azərbaycan vətəndaşı 1997-ci il təvəllüdlü Fərid Səfərli İranda itkin düşüb.

Bu barədə onun anası Dilarə Əskərova məlumat verib.

Fəridin anası bildirib ki, oğlu fevralın 20-də iki həftəlik İstanbula getmək adı ilə evdən çıxıb:

“İrana səfəri barədə dostlarına əvvəldən məlumat versə də, mənim xəbərim olmayıb. Hər gün telefonla əlaqə saxlasaq da, həmin müddətdə İranda olduğunu bilməmişəm. Oğlumun təhsil aldığı Jena şəhərində yerləşən universitetdə iranlı həkim xanım təcrübə keçib və sonra ölkəsinə qayıdıb. İstanbulda da guya həmin xanımla görüşməli imiş. Oğlum İstanbula gedib, amma qız gəlməyib. O da ayın 20-si qızın dalınca İrana gedib”.

“Martın 3-ü və ya 4-də dostlarına zəng edib ki, “kartım burda işləmədiyindən mənə geri-dönüş bileti alın”. Onlar da 5-dən 6-na keçən gecə üçün Tehran-Berlin-İstanbul bileti alıb. Lakin oğlum İrandan çıxmayıb. Martın 3-ü axşamdan telefonu sönüb. Heç bir sosial şəbəkədə yoxdur” – D.Əskərova əlavə edib.

Hadisə ilə əlaqəli rəsmi olaraq Azərbaycanın Almaniyadakı Səfirliyinə və ölkəmizin Xarici İşlər Nazirliyinə müraciət etdiyini deyən Dilarə Əskərova vurğulayıb ki, oğlu barədə hələ heç bir xəbər yoxdur. |sfera.az|






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)