Putin TƏSLİM OLUR, Si Cinpin Kreml sahibini sülhə razılaşdırdı – TƏHLİL




      Bölmə: Gündəm Tarix: 21.03.2023 / 23:31

Çin lideri Si Cinpinin iki gün öncə Rusiyaya baş tutan qeyri-rəsmi səfəri hələ də dünyanın aparıcı əsas media orqanlarının əsas müzakirə mövzularındandır. Si Cinpinin gözlənilmədən Kremldə görünməsi təsadüfi ola bilməzdi, səfərin hansı məqsəd daşıdığına dair isə müxtəlif fərziyyələr eşidilməkdədir.

Bir sıra siyasi anlitiklər Çin liderinin Ukrayna müharibəsində Putinə açıq dəstək verəcəyindən narahatlıq ifadə etsə də, baş verənlər bu ehtimalın inandırıcılıq əmsalını azaldır.

Kremldə 4,5 saat davam edən görüşdə Si Cinpinin Putinlə əsasən Ukrayna mövzusunda dialoq qurduğu aydındır. Tərəflərin səfərdən sonrakı ilkin açıqlamaları isə Çin liderinin Ukrayna mövzusunda Putinlə önəmli razılaşma əldə etdiyini düşünmək üçün əsaslar yaradır. Görünən osur ki, Si Çinpin Putini “Ukrayna bataqlığı”ndan çıxarmaq üçün Kreml sahibinə konkret sülh şərtləri təqdim edib. Səfərdən dərhal sonra Putinin özünün və Rusiya rəsmilərinin verdikləri açıqlamalar da daxili və beynəlxalq ictimai rəyi həmin “sülh şərtləri”nə hazırlamaq məqsədi daşıyır.  

Bu baxımdan ÇXR sədri Si Cinpin görüşdən sonra verdiyi açıqlama diqqət cəlb edir: “Çin Ukraynadakı münaqişənin həlli üzrə sülh və dialoqun tərəfdarıdır” 

Rusiya Prezidenti Vladimir Putin isə öz növbəsində bildirib ki, Çinin Ukrayna ilə bağlı planı sülh nizamlanması üçün əsas ola bilər.

İctimai rəyi “sülhə hazırlamaq” məqsədilə verilmiş ən açıq mesaj isə Rusiyanın Müdafiə naziri Sergey Şoyquya məxsusdur. Belə ki, Ukraynadakı müharibənin perspektivlərindən danışan Şoyqu “istənilən müharibə sülhlə başa çatır” cümləsini qurub. Bununla belə, rusiyalı nazir müharibənin nə zaman başa çatacağı ilə bağlı suala cavab verməyib.

Təhlillər göstərir ki, Si Cinpin Putini başqa yolu qalmadığına inandıra bilib.  Ağlabatan versiyalardan biri isə odur ki, Çin lideri Putinlə danışıqları ABŞ-ın və Qərbin razılığı ilə həyata keçirir. Nəzərdə tutulan sülh sazişinin hansı şərtlərlə reallaşacağı ilə bağlı detallar isə yaxın günlərdə bəlli olacaq./savash.org/






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)