Bütün vətəndaşların piyada getdiyi parka AzTV sədri niyə maşınla gedir? – FOTO




      Bölmə: Gündəm Tarix: 24.03.2023 / 22:13

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) -nin rəhbəri Rövşən Məmmədovla bağlı daha bir qalmaqallı xəbər yayılıb.

44gun.az xəbər verir ki, editor.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki,  bundan əvvəl də avtomobilini qadağan olunmuş yerlərdə parkladığı üçün medianın gündəminə gələn AzTV sədri bu dəfə də maşını Göygöl Milli Parkında mülki şəxslərin girişi üçün qadağan olunan xidməti parklanma yerində saxlayıb. Əməkdaşımız hadisə yerindən bildirir ki, AzTV sədrinə məxsus olduğu ehtimal olunan “99 AA 400” dövlət nişanlı avtomobil xidməti avtomobillərin dayanması üçün nəzərdə tutulan parka daxil olmaq istəyərkən öncə  Milli Parkın əməkdaşları tərəfindən qarşısı alınıb. AzTV sədrinə bildirilib ki, bu əraziyə mülki şəxslərin avtomobillərinin daxil olması qadağandır. Lakin sonradan qoruq əməkdaşları Rövşən Məmmədovun avtomobilinin həmin qadağan olunmuş ərazidə parklanmasına icazə veriblər. Bu fakt bir neçə kilometr yolu piyada gedən qoruq ziyarətçiləri tərəfindən narazılıqla qarşılanıb. Maraqlıdır, yüzlərlə Azərbaycan vətəndaşı bir neçə kilometr yolu qaydalara uyğun olaraq piyada getdiyi halda AzTV sədri qaydaları pozaraq mütləq öz şəxsi avtomobili ilə getməyi üstün tutub. Təqdim etdiyimiz fotolardan göründüyü kimi ərazidə yalnız Rövşən Məmmədova məxsus avtomobil görünməkdədir. Bu isə digər vətəndaşların haqlı etirazına səbəb olub. Narazılıq edən vətəndaşlar eyni zamanda bildiriblər ki, onların bu park yerinə daxil olması qadağan edilsə də AzTV rəhbərinə icazə verilməsi ciddi qanun pozuntusu olmaqla yanaşı, həm də vətəndaşlara hörmətsizlikdir .

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova saytımıza açıqlamasında bildirib ki, oteldə yalnız qonaq kimi qalan şəxslərin avtomobilinə sözügedən ərazidə parklanmasına icazə verilir. Mətbuat katibi  fotoları ona göndərdikdən sonra araşdırma aparıb və saytımıza deyib ki, Rövşən Məmmədov otelin qonağı olub və oraya otel rəhbəri ilə görüş üçün gəlib.

Məsələ ilə bağlı  “Goygol Lake Resort” MMC-nin direktoru Rəşad Veyisov isə saytımıza açıqlamasında qeyd edib ki, AzTV sədri Rövşən Məmmədovun avtomobilinin mülki avtomobillər üçün qadağan olunmuş park ərazində saxlanması xüsusi bir hadisə deyil. Onun sözlərinə görə, zaman-zaman müxtəlif şəxslərə, yaşlılara, qocalara, işgüzar görüşlərə gələn şəxslərə də maşınlarının xidməti avtomobillərin saxlanması üçün nəzərdə tutulan park yerində dayandırmağa icazə verilir:” Rövşən Məmmədov bir layihənin müzakirəsi ilə bağlı otel rəhbərliyi ilə görüşə gəldiyi üçün onun avtomobilinin Milli Parkın qadağan olunmuş ərazisində saxlanmasına icazə verilib. İşlə bağlı görüşlər olduqda parklanmaya icazə veririk. Bu gün çəkiliş üçün qonağımız olan Kəpəz TV-nin əməkdaşlarına da ETSN-dən icazə alınmaqla həmin ərazidə maşın saxlamağa icazə verilib”.

Rövşən Məmmədovun avtomobilinin qadağan olunmuş əraziyə buraxıldığı zaman xeyli sayda uşaq, yaşlı, qadın vətəndaşlarımız da ərazidə olub. Onların çoxsaylı xahişlərinə baxmayaraq heç birinin avtomobilinin gölün yaxınlığındakı qadağan olunmuş park yerinə buraxılmasına icazə verilməyib. Saytımızın əməkdaşı eyni zamanda, xatırladır ki, otel direktorunun dediklərindən fərqli olaraq Rövşən Məmmədov həmin əraziyə yaxın ətrafı və qohumları ilə qeyri-rəsmi şəkildə sadəcə şəkil çəkdirmək üçün gəlib.

Xatırladaq ki, Rövşən Məmmədov bundan əvvəldə avtomobilini qanunsuz ərazilərdə parklama xəbərləri ilə gündəmə gəlmişdi.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)