"Dilarə Əliyeva qəbiristanlıqda qaynatasına dedi ki..." - Ülviyyə Əliyeva




      Bölmə: Xəbər Tarix: 27.03.2023 / 22:40


Bir neçə gün əvvəl avtomobil qəzasında dünyasını dəyişən əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin dostları Xəzər televiziyasında yayımlanan “Səhər mərkəzi” verilişində onun ölümündən danışıblar.


44gun.az Teleqraf.com-a istinadən xəbər verir ki, xalq artisti Mübariz Tağıyev Oqtay Əliyevin xaraketindən söz açıb: “Çox pozitiv, qaranlıqda işıq axtaran, zarafatlarından qalmayan insan idi. Aramızda söz-söhbətlər də olurdu. Hərdən “Yeni ulduz” layihəsində bir-birimizi başa düşmürdük. Müzakirələr edirdik və axırda razılaşardıq. Oqtay Əliyev “Yeni ulduz” layihəsini yenidən bərpa etmək istəyirdi, başqa formatda…”


“Soy prodakşın"ın bədii rəhbəri Səyavuş Hüseynli isə Oqtay Əliyevin ürək əməliyyatı keçirməsi haqqında yayılan xəbərləri yalanlayıb: “Deyirlər, guya ürək əməliyyatı keçirib. Yalandır. İndi analizlərin cavabını gözləyirlər. Oqtay sükan arxasında huşunu və idarəetməni itirib. Səbəbi bilinmir, infarkt, yoxsa damar tıxanıqlığı olub.


Dilarə və Mehriban Zəki deyir ki, nə qədər çağırsalar da Oqtay cavab verməyib. Sükan arxasında yuxulu da olmayıb. İndi həkimlərdən cavab gözləyirik. Dilarə üçün təsəvvür edə bilmədiyimiz qədər ağırdır. Böyük itkidir. O, nə vaxt özünə gələcək, bilmirəm. Oqtay ailəsinə bağlı adam idi. Anası Elmira xanım deyir ki, Oqtay hər səhər və axşam zəng edib soruşurdu, nə lazımdır”.


Əməkdar artist Ülviyyə Əliyeva isə Dilarə Əliyevadan danışıb: “Dilarə toparlanmağa çalışır. Çox qayğıkeş insandır. Oqtayın valideynlərini və qızlarını düşünür. Oqtay Əliyev dəfn edilən zaman Dilarə qayınatası Vidadi bəyə dedi ki, evdə qızlarıma görə ağlaya bilmirəm. Burada isə siz varsınız. Sizə nəsə olsa, Oqtay məni bağışlamaz”.


Qeyd edək ki, Oqtay Əliyev avtomobil qəzasında dünyasını dəyişib. Qəza zamanı avtomobildə əməkdar artist Dilarə Əliyeva və xalq artisti Mehriban Zəki də olub. Dilarə Əliyeva yüngül xəsarət alıb. Mehriban Zəki isə xəstəxanadadır.







SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)