Telman İsmayılovla Abid Şərifov arasında nə baş verir? – Məhkəmə yenə təxirə salındı




      Bölmə: Gündəm Tarix: 31.03.2023 / 21:47

“AST-Texnologiyaları” şirkətinin Azərbaycandakı filialı ilə “Evrascon” Açıq Səhmdar Cəmiyyəti (ASC) arasında məhkəmə çəkişməsi dalana dirənib.

Qaynarinfo xəbər verir ki, “Evtascon” ASC hələ ötən il “AST-Texnologiyaları” şirkəti ilə bağlı Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Nərmin Əhmədovanın icraatına verilib.

Hakim üç dəfə hazırlıq iclası təyin etsə də, baş tutmayıb. 12 yanvar 2023-cü il tarixə növbəti dəfə hazırlıq iclası təyin edilib. Əldə etdiyimiz məlumata görə, bu dəfə də iclas baş tutmayıb.

“Evrascon” ASC-nin yenidən məhkəməyə müraciət etdiyi bildirilir. Bu dəfə də iddia Nərmin Əhmədovanın icraatına verilib. Hələ ki, hazırlıq iclası keçirilməyib. İclasın vaxtı da müəyyənləşdirilməyib.



Nərmin Əhmədova

İki şirkət arasında məhkəmə çəkişməsinin bu qədər uzanmasının, hazırlıq iclaslarının baş tutmamasının səbəbləri bəlli deyil. Bəzi iddialara görə, səbəb qarşı tərəfin məhkəməyə gəlməməsi ilə bağlıdır.

“AST-Texnologiyalar” şirkətinin iş adamı Telman İsmaylova məxsus “AST Group”a daxil olduğu deyilir.

2017-ci ildə Telman İsmayılova iki sahibkarın qətlini təşkil etməklə bağlı ittiham irəli sürülüb və o, “İnterpol” xətti ilə axtarışa verilib. 2021-ci ildə onun Monteneqroda saxlanıldığı və barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilməsi barədə məlumat yayılıb. Lakin sonradan o azad edilib və iş adamına Monteneqroda sığınacaq verilib.

“Evrascon” ASC-nin isə baş nazirin keçmiş müavini Abid Şərifova məxsus olduğu barədə iddialar var.

Bir neçə ilə əvvəl mediada Abid Şərifovla bağlı araşdırma yazısı dərc edilib. Həmin materialda bildirilir ki, Abid Şərifovun həyat yoldaşı Sədayə Yaqub qızı “Evrascon” ASC-nin səhmlərinin 22 920 ədədinin (nizamnamə kapitalının 12,15 faizi) mülkiyyətçisidir.

Şərifovların “Evrascon” ASC-yə birbaşa bağlılığını onların seçici siyahıları üzrə qeydiyyat ünvanı göstəriciləri də təsdiq edir. Onların hər ikisi Bakı şəhəri, Azadlıq prospekti, ev 144, mənzil 73 ünvanında qeydiyyatdadırlar. Bu, şirkətin reyestr göstəriciləri ilə eynilik təşkil edir.





SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)