Hikmət Rəhimov teatrda dava etməsindən danışdı




      Bölmə: Gündəm Tarix: 31.03.2023 / 23:05

"Teatr heç vaxt rahatlığını tapmayacaq. Baxmayaraq ki, bizim məmləkətin mayakıdır. Böyük məmnuniyyətlə teatra qayıdacağam... Mütləq qayıdacağam".

 

Bu sözləri aktyor, rejissor Hikmət Rəhimov "Belə-belə işlər"ə açıqlamasında deyib. Teatrdan getməsindən danışan Rəhimov qayıtmaq arzusunda olduğunu söyləyib:

 

"Bir teatrda 1 yox, ən az 3 rejissor olmalıdır. Birini güclə tapırlar. Bir rejissor 4-5 aktyorla işləyir. Bəs o birilər? Axı onların yaşı gedir. Teatrda aktyorun işi olmayanda, o mütləq şəkildə oturub kiminsə arxasınca danışmalıdır, paxıllığını etməlidir. İşləməlidir ki, başı işə qarışsın. Dünyanın hər yerində var: teatrda kimsə kimsəni həzm edə bilmir. Dəqiq bilirəm ki, o, adamın məni görməyə gözü yox idi. Özü demişdi ki, komandamızda yoxsan. Normal haldır, hansısa rejissorun komandasında yoxamsa, bu o demək deyil ki, o bilmir nə edir və paxıllıqdan edir. Amma burada məsələ bu idi ki, dərdi başqadır. Özüm təklif etdim ki, yaxşı, komandanızda yoxam, mənə rol verməyin. Qanunda var ki, 1 il akademik məzuniyyət götürə bilərəm. 1 il gəlməyim, gözünüzə görsənməyim. Kloun gedə bilmirəm, tamada ola bilmirəm. Buradakı quru maaşa ehtiyacım var. Fuad Poladovla danışdıq, qayıtdı ki, səni çıxartsalar, mən də gedəcəyəm. Sonra dava oldu və məni statiya ilə çıxarmaq istədilər. Dedim lazım deyil, ərizəmi yazdım. Fuad Poladovun bir sözünü yazdım: "Mən belə yaradıcı mühitdə işləmək istəmirəm". Ora (Akademik Milli Dram Teatrı - red.) ilə vidalaşdıq".

 

H.Rəhimov teatrları tənqid edib:


"Tallində Fuad Poladovun xatirəsinə tamaşa oynamağa getmişdim. "Köhnə telefon" tamaşasını Eston Dram Teatrında oynadıq. Banketdə teatrın rəhbəri dedi ki, teatrımın bir dekorasiyasının qiyməti 80 min avrodur. Dedi, teatrımda 2-3 sənin kimi aktyor var, gəl. Dedim, ona deyin ki, yaşadığım məmləkətdə heç bir teatra lazım deyiləm, verdiyi dəyərə görə çox sağ olsun. Təsəvvür edirsiniz ki, burada bir teatrın qapısını döyüb deyə bilmirdim belə bir tamaşam var heç olmasa icazə verin burada nümayiş etdirim. Adamalar var ki, 30 ildir direktordur. Onun Azərbaycan teatrına marağı ola bilməz.

 

Bu peşədə pul yoxdur. İşsizlik, ən ağrılısı isə çörək almağa pul yoxdur. Vəziyyət budur. Yaşamışam. Kamal Xudaverdiyev demişdi: Mən bu peşəyə gələndə bilirdim ki, burada pul yoxdur".

 

Qeyd edək ki, H.Rəhimov 2016-cı ildə Akademik Milli Dram Teatrından qalmaqallı şəkildə ayrılıb. (axsham.az)






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)