Azərbaycan əhalisinə BƏD XƏBƏR: Qarşıdakı üç ayda...




      Bölmə: Sosial Tarix: 31.03.2023 / 23:21

Son dövrlər Azərbaycanda tez-tez su resurslarının çatışmazlığı gündəmə gəlir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında bildirilib ki, İqlim dəyişiklikləri ölkədə su resurslarının həcmini 15 faiz azaldıb və BMT-nın İnkişaf Proqramının proqnozuna görə, Azərbaycanda kəsərli addımlar atılmasa, 2050-ci ilədək su resurslarının daha 23 faizini itirə bilərik.

Bəs həqiqətən də, Azərbaycan qlobal iqlim dəyişikliyi ilə əlaqədar quraqlıqla üzləşəcək ölkələr arasındadır?

44gun.az xəbər verir ki, mövzu ilə bağlı AMEA Akademik H.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev Referans.az-a danışıb. Onun sözlərinə görə ölkə ərazisində bu kimi quraqlıqlar olub və yaxın illərdə bunu bir daha müşahidə edə bilərik: 

“Ümumi ölkə ərazisini götürdükdə görürük ki, biz quraqlıqla bağlı çox əziyyət çəkmişik və hazırda da bu sahədə vəziyyət çox gərgindir. İldən-ilə müşahidə edirik ki, havalar isinir və quraqlıq daha da artır. Sonuncu dəfə 1963-cü ildə Mingəçevir su anbarında su azaldığı zaman hazırda olduğu kimi su problemi yaranmışdı, həmin zaman gölün su səviyyəsi 17 metrə yaxın düşmüşdü. Hazırkı vəziyyət belədir ki, ölkənin nə təsərrüfat sistemi, nə suvarma sistemi, nə də sudan istifadə mədəniyyəti hələ o səviyyədə deyil ki, biz quraqlıq şəraitindən səmərəli yararlanaq. Azərbaycanda sudan sərfəli və qənaətlə istifadə edilmir. Cəbrayıl rayonunda 36 min kvadratlıq ərazidə taxıl bitkisi əkilib, lakin kim tərəfindən əkilib bilinmir və taxıl da suya ciddi ehtiyac duyan bitkidir. Lakin bunun heçbir xeyri yoxdur, çünki su tapılmır. Ölkədə suyun azalması ciddi iqtisadi böhranların yaranmasına səbəb olacaq, çünki su olmadığı zaman taxıl bitkilərinin suvarılması baş tutmayacaq və belə olduğu zaman un bahalaşacaq, mən sadəcə su çatızmalığının yaradacağı problemlərin çox kiçik bir hissəsini danışıram. Respublika ərazisində yaz aylarında belə su çatışmazlığının olması bizim iyun, iyul, avqust aylarında su tapa bilməyəcəyimizdən xəbər verir. Su probleminin paytaxta çox da deyil, lakin bölgələrdə yaşayan əsasən də kənd təsərrüfatı ilə məşğul olan əhaliyə çox ciddi problem yaradacağını deyə bilərik”.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)