Belə “manıs”lara niyə pul xərcləyirlər? – Əbdül müğənni Nəfəsi biabır etdi




      Bölmə: Xəbər Tarix: 02.04.2023 / 13:32

Müğənni Nəfəsin "7 Canlı” verilişində etdiyi son açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

İfaçı efirdə avtomobil idarə edərkən təhlükəsizlik kəmərindən az istifadə etməsindən və bu qayda pozuntusuna görə tez-tez cərimələndiyindən ağız dolusu danışıb.

Təbii ki, onun bu fikirləri birmənalı olaraq ictimai qınağa tuş gəlib.

44GUN.AZ xəbər verir ki, Bizim.Media-ya açıqlamasında məsələyə münasibət bildirən Xalq artisti Əbdül Mahmudov bildirib ki, Nəfəsin belə danışmasının günahı birinci xalqda, ikincisi isə televiziyalardadır: "Adamlar balasının boğazından, gündəlik yemək-içməyindən kəsib illərlə pul yığıb toy edirlər. Toyda da yığılan pulun yarısını şadlıq evinə, yarısını da "manıs”lara verirlər. Hətta toydan borcla çıxanlar da olur. Amma belə "manıs”lara həvəslə pul xərcləyirlər. Xalqın min-bir zəhməti ilə qazandığı 5-10 mini bir günə qatlayıb cibinə qoyan "manıs” da elə bu cür danışacaq.

Günahın hamısı xalqdadır. Xalq pulunu kimə və nəyə görə verdiyini bilmirsə, Nəfəsdə nə günah var?! Nəfəs hələ az eləyir, belə məsuliyyətsiz danışır. Gərək bundan artığını deyə bu xalqa. Bu işdə televiziyaların da günahı az deyil. Efirdə sənətdən, sözdən yox, hansısa "manıs”ın avtomobil sürməsini, nə geydiyini, harda yatdığını müzakirə edirlərsə, bunda Nəfəsin nə günahı var?! Günah həmin televiziyaların rəhbərlərindədir”.

Bəs, Nəfəsin bu etirafları hansı hüquqi və mənəvi məsuliyyət yaradır?

Bu suala isə hüquqşünas Əsabəli Mustafayev aydınlıq gətirdi:

"Bu çıxış yalnız mənəvi məsuliyyət yaradır. Yəni, açıqlama hadisədən bir müddət sonra verilib. Bizim həm İnzibati Xətalar, həm də Cinayət Məcəllələrində şəxsin hansısa etirafı sübut sayılmır. Bunun üçün digər sübutlar tələb olunur. Yalnız bundan sonra etirafçı məsuliyyətə cəlb edilə bilər.

Belə vəziyyətdə bu cür fikirlər səsləndirən şəxs ancaq ictimai qınaqla üzləşir. İctimaiyyət qarşısına çıxan adam özünə və sözünə hörmət etməli, fikir verməlidir.

Əksinə tanınmış simalar efirdən nümunəvi hərəkətlərindən danışmalı və tamaşaçıları da qanuna hörmət etməyə çağırmalıdırlar. Mənim şəxsi qənaətim budur ki, bu cür danışıq sahiblərini televiziyaya buraxmaq olmaz. İctimaiyyət qarşısına qanuna hörmət edən insanlar çıxarılmalıdır”.





SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)