Azərbaycanda pensiyalar düzgün hesablanmır – Daha çox olmalıdır




      Bölmə: Gündəm Tarix: 02.04.2023 / 17:42

Məlum olduğu kimi, Azərbaycanda əmək pensiyaları “Əmək pensiyaları haqqında” Qanuna əsasən hesablanır.


Yeniavaz.com xəbər verir ki, “Əmək pensiyaları haqqında” Qanunun 10-cu maddəsində yaşa görə əmək pensiyasının məbləğinin necə hesablandığı açıq şəkildə ifadə olunub.


Qanunun 10-cu maddəsinin tələbinə görə, vətəndaşın işlədiyi dövrdə fərdi hesabına yığılan pensiya kapitalını gözlənilən pensiya ödənişi müddətinə bölüb pensiya məbləğini təyin edirlər.


Gözlənilən pensiya ödənişi müddəti gözlənilən orta ömür müddəti uzunluğu ilə pensiya yaşı arasındakı fərqdir.
Dövlət Statistika Komitəsinin açıqladığı sonuncu məlumata görə Azərbaycanda gözlənilən orta ömür müddəti 73,6 ilə bərabərdir. Hazırda pensiya yaşı da 64-ə bərabərdir (kişlər 65, qadınlr 63). Buradan belə görürük ki, gözlənilən pensiya ödənişi müddəti 9,6 ilə (115 ay) bərabər olur.
Lakin, çox qəribədir ki, pensiya hesablanan zaman gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) olaraq qəbul edilir. Bu barədə 2006-cı ildə Prezident tərəfindən Fərman  imzalanıb və son 17 ildə gözlənilən pensiya ödənişi müddətində heç bir dəyişiklik edilməyib.


Ancaq qeyd etdiyimiz kimi, Dövlət Statistika Komitəsinin məlumatlarından açıq şəkildə görülür ki, Azərbaycanda gözlənilən pensiya ödənişi müddəti dəyişilir.


Gözlənilən pensiya ödənişi müddəti dəyişdiyi halda, hesablamanın dəyişməyən sabit rəqəmlər üzərindən aparılması səbəbindən Azərbaycan vətəndaşlarının pensiyaları düzgün hesablanmır.


Qanunvericilikdə qeyd olunduğu kimi, gözlənilən pensiya ödənişi müddəti orta ömür müddəti uzunluğu ilə pensiya yaşı arasındakı fərqə bərabərdisə, onda vətəndaşlar daha yüksək pensiya almalıdırlar.


Məsələn, 1959-ci ildə anadan olan vətəndaşın 2023-cü ildə 64 yaşı tamam olur və pensiyaya çıxır. Bu zaman mövcud qanunvericiliyə görə vətəndaşın fərdi hesabında toplanan pensiya kapitalı 144 aya (12 ilə - gözlənilən pensiya ödənişi müddəti) bölünür. Əgər vətəndaşın fərdi hesabına 50 000 manat pensiya kapitalı yığılıbsa, bunu 144-ə bölüb (50000/144) ona 347 manat pensiya təyin edirlər.


Halbuki, 1959-ci ildə anadan olan vətəndaşın gözlənilən ömür müddəti uzunluğu 70,9 ilə bərabərdir. Hazırda pensiya yaşının 64 olduğunu nəzərə alsaq, o zaman bu vətəndaş üçün gözlənilən pensiya ödənişi müddəti 83 aya (6,9 il) bərabər olacaq. Belə olan halda da, vətəndaşın fərdi hesabına toplanan 50 000 manatı 144-ə deyil, 83-ə bölərək (50000/83) ona 347 manat yox, 602 manat pensiya təyin edilməlidir.


Onu da qeyd edək ki, bəzi ölkələrdə də pensiya hesablanarkən gözlənilən pensiya ödənişi müddəti əsas götürülür. Lakin, həmin ölkələrdə gözlənilən pensiya ödənişi müddəti orta ömür müddəti uzunluğu ilə pensiya yaşının dəyişməsinə paralel olaraq hər il yenilənir. Məsələn, Rusiyada hər ilin dekabr ayında digər sosial normativlər kimi gözlənilən pensiya ödənişi müddətiylə bağlı da qanun qəbul olunur.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)