İşdən çıxarıldıqdan sonra ibadətə başlayan məmurlar - SİYAHI




      Bölmə: Xəbər Tarix: 03.04.2023 / 11:42

Azərbaycanda bir sıra məmurlar vəzifəsindən kənarlaşdırıldıqdan sonra ibadətlə məşğul olurlar. Hələ dini kitabları oxuyub, ayinlərdən misal da gətirirlər. Nədənsə "vurulmuş” məmurlar bunu vəzifə başında etməyə ya utanırlar, ya da vaxtları olmur.

44GÜN.AZ faktmedia.az-a istinadən son illərdə vəzifəsindən uzaqlaşdırılan və namaza başlayan məmurları təqdim edir:

Vilyam Hacıyev: Dövlətə 5 milyondan çox ziyan vuran İmişli rayonunun həbsdə olan keçmiş icra başçısı Vilyam Hacıyev namaza başlayıb. İcra başçısı "zon”da məhbuslara bildirib ki, o hər zaman İslam dininə bağlı olub. Namaza qılmağa isə vaxtı olmayıb. Məhkumları da inandırıb ki, o qədər dinə bağlı olub ki, İmişlidə yox, Göygöldə vaxtıilə məscid inşa etdirib.

Alimpaşa Məmmədov: Azərbaycan xalqına düz 10 milyon manat ziya vuran Şəmkir rayonunun sabiq icra başçısı Alimpaşa Məmmədov da ibadətə başlayan məmurlardan biridi. O, digər həmkarlarından fərqli olaraq şeir yazır, idmanla məşğul olur.

Əli İnsanov: Nə az, nə çox 40 kq qızılla adını məhbusların siyahısına vaxtilə saldıran sabiq Səhiyyə naziri Əli İnsanov da namaz qılıb oruc tutmağa başlayan "vurulmuşlar”dandır.

Ziya Məmmədov: Əmlakları haqqında hesab-kitab aparmağa ömür-gün yetməyən Azərbaycanın keçmiş nəqliyyat naziri Ziya Məmmədov ibadətlə məşğuldur. Ramazan ayında oruc tutan sabiq nazir, həmçinin mütəmadi olaraq Quranı mütaliə edir, namaz qılır.

İsmət Abbasov: 100 milyonlarla subsidiyanı mənimsəməkdə adı hallanan Baş nazirin sabiq müavini İsmət Abbasov da ibadətlə məşğul olur. İ.Abbasov mətbuata açıqlamasında bildirib ki, koronavirus pandemiyası Allahın insanlara imtahanıdır:

"Namaz qılıram, ibadət edirəm.Özüm həmçinin Həcc ziyarətində də olmuşam. Allaha inanmaq lazımdır. Görürsünüz bu gün dünyanı koronavirus bürüyüb. O qədər əyri-əskik işlər oldu ki, bunlar onun nəticəsidir. Bu gün varlı da, kasıb da evə sığınıb.Varlıların pulu da onların köməyinə çatmır. Elə imkanlı şəxslər, nazirlər var ki, imkanları olduğu halda xaricə gedib, özlərini müalicə etdirə bilmirlər”.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)