Ət bahalaşacaq - Bu tarixdən




      Bölmə: Sosial Tarix: 03.04.2023 / 23:42

Aylar öncə kiloqramı 10-11 manat olan mal ətinin qiyməti bu gün 15 manata, kiloqramı 13-14 manata olan quzu ətinin qiyməti isə 17 manata təklif olunur. Ekspertlərin fikrincə, ətin mövcud qiyməti uzun müddət sabit qalacaq. Amma bahalaşan bu qiymətlər fermerlər kimi alıcıları da ciddi narahat etməyə başlayıb. İqtisadçı-ekspert Akif Nəsirli Bizim.Media-ya açıqlamasında bahalaşmaya səbəb olan amillərdən danışıb.

Onun sözlərinə görə, ətin bahalaşmasına ilkin səbəb bazarda ərzaq məhsullarının 50%- ə yaxınının qiymətindəki artımdır:

“Ətin qiymətinə təzyiqləri təsnifləşdirməli olsaq, səbəbi iki yerə bölmək olar. Biri xərc maddələrinin artması, yəni heyvan yemlərinin, otun, eləcə də heyvan bəslənməsi ilə bağlı xərclərin qarşılanmasıdır. Artıq qışın sonudur və otun, yemin tükənən vaxtıdır. Heyvanların bəslənmə xərci artdığına görə, bu, ətin maya dəyərinə təsir edir. Digər səbəb ümumi bazar qiymətlərinin bahalaşması ilə əlaqədardır. Bilirsiz ki, bazarda 50 faizdən çox məhsulun qiyməti bahalaşıb. Bu baş veribsə, digər 50 faizinin də qiymətlərinin artırılması qaçılmazdır”.

Ekspert bu ilin payızına qədər ətin qiymətinin sabit qalacağını vurğulayıb:

“Artıq aprel ayıdır və ot mövsümü başlayır. Otun birinci biçimi 15-20 gündən sonra başlayacaq və qiyməti bir qədər sabitləşəcək. Bunun ardınca yay mövsümü başlayır və istixanalarda, eləcə də açıq sahədə yetişdirilmiş kənd təsərrüfatı məhsulları bazara çıxacaq. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, bu ilin payızına qədər ətin qiyməti indiki formada sabit qalacaq. Bir məsələ istisnadır ki, ilin yay aylarında bazarlarda sıçrayışlı qiymət artımı olsa, bu, ətin qiymətinə də təsir edəcək. Ola bilsin ki, ətin qiyməti əlavə olaraq 1 manat da bahalaşsın”, - deyə Akif Nəsirli əlavə edib.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)