Əhməd Əhmədzadənin adamının adı 6 milyonluq cinayətdə hallandı




      Bölmə: Gündəm Tarix: 04.04.2023 / 15:22

Yasamal Rayon Məhkəməsində vergidən yayınmaya görə barəsində cinayət işi açılmış şəxsin məhkəməsi başa çatıb.

Əldə edilən məlumata görə, 66 yaşlı Əliqulu Əliyevin adına açılmış çoxsaylı şirkətlər vasitəsilə 5,7 milyon manatdan çox gəlir və mənfəət vergisinin büdcədən yayındırılması müəyyən edilib. Məhkəmədə Ə.Əliyev bildirib ki, şirkətləri onun adına tanınmış iş adamı Yaşar Allahverdiyev açıb və buna görə ona aylıq maaş verilib.


Məhkəmə prosesində həmçinin adı bir çox qalmaqallı cinayət işlərində hallanan və ifadələr vermiş Rəsmiyyə Qazıyeva da şahid qismində dindirilib.

Məhkəmənin hökmü ilə Əliqulu Əliyev Cinayət Məcəlləsinin 213.3-cü (Vergidən yayınma – xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinib və ona 5 il müddətinə həbs cəzası verilib. İbtidai istintaq və məhkəmə prosesi dövründə polisin nəzarəti altına verilən şəxs məhkəmə zalındaca həbs edilərək təcridxanaya göndərilib.


Fotoda: Yaşar Allahverdiyev

Həmçinin onun barəsindəki mülki iddia da təmin edilib və təqsirləndirilən şəxsdən 5.7 milyon manatın tutulması barədə qərar çıxarılıb.

Qeyd edək ki, vergidən yayınmış şirkətlər əsasən dövlət sifarişlərini yerinə yetirib və Əhməd Əhmədzadənin sədrliyi dövründə (2006–2021) Meliorasiya və Su Təsərrüfatı Dövlət Komitəsinin və digər qurumların keçirdiyi çoxsaylı tenderlərin qalibi olub. Yerli mediada bir çox vəzifələrdə çalışmış Yaşar Allahverdiyevin Əhməd Əhmədzadəyə yaxın şəxs olduğu bildirilir. Y.Allahverdiyevin vasitəsilə rəsmiləşdirilmiş şirkətlərin çoxsaylı milyonluq tenderlərdə qalib gəlməsi ilə bağlı məlumatlar var. /qafqazinfo.az/






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)