Qubada müəllimə direktor müavinini divara sıxaraq boğmağa cəhd edib




      Bölmə: Sosial Tarix: 04.04.2023 / 17:37

Qubada orta məktəb müəlliminin intihara cəhd etməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

44gun.az Baku TV-yə istinadən xəbər verir ki, İkinci Nügədi kənd 1 saylı orta məktəbin direktor əvəzi Vüqar İmaməliyevin sözlərinə görə, 47 yaşlı ibtidai sinif müəllimi Aygün Mustafayeva direktor müavininə hücum edib: “Məktəbin tədris işləri üzrə direktor müavini Sara Nağıyeva öz əmək funksiyasını yerinə yetirərkən Aygün Mirzəağa qızı Mustafayevanın dərs dediyi ibtidai sinfə daxil olub ki, dərsi dinləsin, sinfin vəziyyəti ilə maraqlansın. Bu zaman Aygün Mustafayeva onu təhqir edərək sinifdən çıxmasını tələb edib. Həmçinin direktor müavinini küncə sıxaraq boğmağa cəhd edib, onun boyunbağısını qırıb”.


V.İmaməliyev bildirib ki, bundan sonra da A.Mustafayeva intizamsız hərəkətlərini davam etdirib: “Biz bununla əlaqədar Pedoqoji Şuranın iclasını keçirdik. A.Mustafayeva əmək intizamını dəfələrlə kobud şəkildə pozub. Bu səbəbdən ona şifahi xəbərdarlıq, yazılı xəbərdarlıq, töhmət verilib”.


O da məlum olub ki, hadisələrdən sonra A.Mustafayeva adi qaydada işinə davam edir. O, müsahibə verməkdən imtina edib.


Xatırladaq ki, müəllimlə direktor müavini arasındakı insidentdən sonra Aygün Mustafayeva barəsində polisə şikayət edilib. Bundan sonra Quba Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırma başlayıb. Araşdırma çərçivəsində martın 31-də Aygün Mustafayeva polis şöbəsinə dəvət edilib. Polisə izahat vermək istəməyən müəllim yaşadığı evdə bıçaqla özünə xəsarət yetirib.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)