73 yaşlı Məhbubə Hüseynova niyə təqaüdə göndərilmir? - RƏSMİ AÇIQLAMA




      Bölmə: Xəbər Tarix: 06.04.2023 / 18:54

Son günlər 3 saylı uşaq evinin rəhbərliyi ilə oranın sakini Məhəmməd Hacıyev arasında yaşanan qalmaqal səngimək bilmir. Belə ki, uşaq evinin direktoru, 73 yaşlı Məhbubə Hüseynovanın 17 yaşlı Məhəmmədi davranış pozuntusu səbəbilə psixiatriya xəstəxanasına yerləşdirməsi cəmiyyətin böyük narazılığına səbəb olub. Eyni zamanda, bu qalmaqallı məsələdə obyektivlik nümayiş etdirərək uşağın heç bir psixi problemi olmadığını deyən psixiatriya xəstəxanasının baş həkimi Ağahəsən Rəsulovun yaş həddi ilə əlaqədar işdən çıxarılması etirazları daha da artırıb. İnsanlar uşaq evinin 73 yaşlı direktorunun bu qədər özbaşınalıqlara rəğmən, niyə hələ də vəzifədə qalmasını da anlamaqda çətinlik çəkdiklərini dilə gətiriblər. İndi məsələ ilə bağlı hər kəsi daha çox bir sual düşündürür: nə üçün Əməkdar həkim Ağahəsən Rəsulov yaş senzi ilə əlaqədar işdən kənarlaşdırılır, lakin işdə verdiyi nöqsanlara rəğmən 73 yaşlı Məhbubə Hüseynova isə vəzifəsindən azad edilmir?

KONKRET.az elə bu suala aydınlıq gətirmək məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Mətin Hüseynov bildirib ki, məsələ ilə bağlı xüsusi komissiya yaradılıb və araşdırma aparılır: “Komissiyanın işi bitəndən sonra mövcud nöqsanlar barədə danışa bilərik. Amma  Əmək Məcəlləsinə uyğun olaraq vəzifədə qalmaqla bağlı yaş həddinin uzadılması mümkündür. Ümid edirəm ki, yaxın zamanlarda komissiya işini yekunlaşdıracaq. Və hər hansı nöqsan aşkar ediləcəyi təqdirdə direktor barədə müvafiq qərar veriləcək”.

Məlumat üçün bildirək ki, Əmək Məcəlləsinə uyğun olaraq dövlət müəssisələrində çalışanların və 65 yaşı tamam olanların işdə qalmaqla bağlı müqavilələri uzadıla bilər. Belə ki, Məcəllənin 10-1.2-ci maddəsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatan işçisinin çalışma müddəti müvafiq orqanın rəhbəri tərəfindən 1 ildən çox olmayaraq artırıla bilər. Lakin müqavilə müddətinin 5 ildən çox uzadılmasına icazə verilmir. Lakin burada da müəyyən istisnalar mövcuddur. Belə ki, Məcəllənin 10-1.3-cü maddəsinə uyğun olaraq elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafına töhfə verən və müvafiq ad alan şəxslərin hətta 5 ildən artıq da işləməsinə icazə verilir.


Beləliklə, Əmək Məcəlləsinə istinad etsək, o zaman 73 yaşlı Məhbubə Hüseynovanın müqaviləsinin uzadılması mümkün ola bilər. Yalnız bunun üçün xanım direktorun təhsil sahəsində xüsusi xidmətlərə və adlara sahib olması lazımdır ki, ortada belə bir fakt yoxdur. Ona görə də psixiatriya xəstəxanasının “Əməkdar həkim” titullu baş həkimi Ağahəsən Rəsulovun yaş həddi ilə əlaqədar təqaüdə göndərilməsi fonunda 73 yaşlı Məhbubə Hüseynovanın hələ də vəzifədə qalması ciddi suallar doğurur. Təəssüflər olsun ki, bu suallara cavab vermək səlahiyyəti olan Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti bununla bağlı məlumat verməkdən yayındı. Buna baxmayaraq, ümid edirik ki, Mətin Hüseynovun dediyi kimi müvafiq komissiyanın işi yekunlaşdıqdan sonra bütün açıq qalan sualların cavabı tapılacaq.







SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)