ABŞ-da beş yaşlı qız anasının telefonunu götürərək 4 min dollarlıq mal sifariş edib.
44GÜN.AZ xəbər verir ki, bu barədə "UPI" nəşri yazıb.
Massaçusets ştatından olan Cessika Nunyes deyib ki, o, qızı Lilaya telefonu onlar yolda olarkən evə çatana qədər oyun oynaması üçün verib. Lakin sonradan qadın uşağın oyun əvəzinə "Amazon"dan alış-veriş etdiyini bilib. Azyaşlı qız beş çəhrayı velosiped, on cüt qadın kovboy çəkməsi və batareya ilə işləyən uşaq maşını üçün 4000 dollar xərcləyib.
Cessika bəzi sifarişləri ləğv edə bilsə də, kuryerlər malların bir hissəsini çatdırıblar. Qadın sonradan xatırlayıb ki, bir gün əvvəl Lila velosiped istədiyini demişdi.
"O, hələ bu velosipedə minmək üçün çox balacadır. Məhz bu məhsulu necə tapdığını bilmirəm" - deyə qadın bildirib.
O, indi malların geri qaytarmağa çalışır və bu hadisənin onun üçün dərs olduğunu deyib.