Bərdədə bu ərazinin zibilliyə çevrildiyi bildirilir – Video
Bölmə: Sosial
Tarix: 08.04.2023 / 20:20
Bərdə rayon, Türkmən kəndində toplanan tullantıların ərazidə xoşagəlməz mənzərə yaratdığı bildirilir.
44gun.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, zibil qutuları olmadığı üçün hər kəs əlinə keçəni yolun kənarına atır. Bu isə hər kəsi narahat edir.
Sakinlər tullantıların sonuncu dəfə nə zaman yığıldığını xatırlamadıqlarını deyirlər. Onlar iddia edirlər ki, tullantılar vaxtında daşınmır.
Məsələ ilə bağlı Bərdə Kommunal müəssisələr kombinatı birliyindən bildirilib ki, sözügedən ərazi onların xidməti sahəsinə daxil deyil. Tullantıların daşınmasına kənd bələdiyyəsi cavabdehdir.
Türkmən kənd bələdiyyəsindən isə bildirilib ki, ərazi Bərdə şəhərinin balansındadır.