Elşən Xəzər “meyxananı da gözdən salan kəndçilərdir, ateist olur, ağama lağ edirlər” deyib? – AÇIQLAMA




      Bölmə: Şou Tarix: 17.01.2023 / 21:52

Tanınmış meyxanaçı Elşən Xəzər sosial şəbəkələrdə paylaşılan “Meyxananı da gözdən salan kəndçilərdir. Əruzu bilmirlər. Çoxu da ateist olur, ağama lağ edirlər…” fikirlərinə görə ciddi tənqid olunur. İddia olunur ki, bu sözlər E.Xəzərə aiddir.

O, açıqlamasında deyib ki, belə fikir səsləndirməyib. Meyxanaçı həmin fikirlərin Əməkdar artist Bəhram Bağırzadənin rayonlardan gələnlərin şəhər həyatına uyğunlaşa bilməmələri barədə fikirlərinə münasibət kimi paylaşılmasına isə belə aydınlıq gətirib: “Mən belə bir fikir səsləndirməmişəm. Hazırda bağdayam. Heç Bəhram Bağırzadə ilə bağlı olan xəbəri də eşitməmişəm.

İnternetlə maraqlanmıram. Mənim üçün iki cür insan var – kamil və cahil. O demək deyil ki, kənddə yaşayan cahil, şəhərdə yaşayanların hamısı kamil olmalıdır, yaxud əksinə. Hər yerin pisi də var, yaxşısı da. Fərdi şəkildə ola bilər ki, rayondan gələn də özünü yaxşı aparmasın, şəhərdə yaşayan da. Rayonlardan o qədər yaxşı insanlar var, elə şəhərdən də. Düzdür, bəzi insanlar var, rayondan gəlib, özlərini şəhərdə apara bilmirlər. Bəziləri isə şəhərdə yaşadıqları halda özlərini aparmağı bacarmırlar. Hər şey mümkündür. Ona görə də ümumi demək olmaz…”, – meyxanaçı bildirib.

O, son zamanlar bəzi şair və yazıçıların meyxanaçıları tənqid etmələrinə, meyxananı lazımsız sənət kimi qiymətləndirmələrinə isə belə cavab verib: “Artıq neçə illərdir, meyxana ilə məşğul deyiləm. Amma meyxana bir peşədir və bu peşəyə də yiyələnmək lazımdır. Çünki meyxana elə bir sənətdir ki, bunu Allah Azərbaycana verib. Dünyanın az yerində meyxana var. Lakin daha geniş formalaşmış şəkildə Azərbaycandadır. Bu peşənin sahibləri, daha kamilləri, yaxşıları bizdədir. Ona görə də hər nə olur-olsun, əlimizdə olanın qədrini bilməliyik. Bir var ki, ifaçısı pis ola, meyxana sənətini gözdən sala – bu, başqa məsələdir, hər peşədə var. Birbaşa deyə bilmərik ki, müğənnilərin hamısı yaxşıdır, yaxud hamısı pisdir. Peşə kimi meyxana çox gözəl işdir və Azərbaycan xalqı tərəfindən də bəyənilir. Hər yerdə istisna var. Ola bilər, bəziləri bəyənməsin. Amma çoxluq bəyənir”.

E.Xəzər Bakı kəndlərində yaşayan meyxanaçıların narkotikə, içkiyə meyil etmələri, daha çox bu problemlə gündəmə gəlmələri barədə də fikir bildirib: “Məgər reperlərin hamısı narkoman olur? Yaxud müsiqiçilərin, müğənnilərin… Hamısı narkoman olmur ki. Onların içində narkoman olan da var, olmayan da. Həkim də var ki, narkomandır. Amma bunu bütün həkimlərə aid etmək olmaz axı. Misal üçün “həkim” dedim. Hər sənətdə eləsi də var, beləsi də. Lakin “xüsusən narkotik qəbul etməsən, meyxana sənətində ola bilməzsən” söhbəti boş şeydir. Çünki mən illərlə bu sənətdə olmuşam. Nə əlimə, nə dilimə o şeylər dəyməyib. Mənim kimi nə qədər sənətçilər var ki, heç narkotikdən istifadə etməyib, dadını da bilmirlər. Belə fikir formalaşıb ki, meyxanaçılar narkotik qəbul etməsələr, meyxana deyə bilməzlər. Boş, yalan sözdür…” /buta.ws/






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)