İranla Azərbaycan arasında müharibə olacaqmı?




      Bölmə: Gündəm Tarix: 08.04.2023 / 21:57

İran və Azərbaycan arasında gərginlik son aylarda artmaqdadır və demək olar ki, hər həftə yeni insidentlər baş verir. Bu barədə müəllifin “Əl-Cəzirə” məqaləsində deyilir.

Materialda qeyd olunur ki, Tehran ən çox İsraillə Azərbaycan arasında sürətlə inkişaf edən münasibətlərdən qıcıqlanır. Keçən ay İsrail və Azərbaycanın yüksək səviyyəli diplomatları İrana qarşı “vahid cəbhə yaratmaq” məsələsini müzakirə ediblər. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəsinin səfirliyini açmaq üçün Təl-Əvivə gəlib - Bakı tarixdə ilk dəfə olaraq İsrailə səfir təyin edib, Əl-Cəzirə müxbiri yazır.

İran Xarici İşlər Nazirliyi bildirib ki, bu yeni yanaşma guya İranın milli təhlükəsizliyinə təhdid yarada bilər. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH), eləcə də İran ordusu Azərbaycanla sərhəd yaxınlığında quru və hava imkanlarını nümayiş etdirərək bir neçə dəfə hərbi təlimlər keçirib.

Keçən ilin oktyabrında İnqilab Keşikçiləri Korpusu ilk dəfə Araz çayı üzərindən Azərbaycanla həmsərhəd olan ponton körpüsü inşa edib. Bir neçə gün sonra Ermənistanda səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan Sünik bölgəsində (Qərbi Zəngəzur) konsulluq açıb və Ermənistanın təhlükəsizliyini İranın təhlükəsizliyinə bərabər elan edib. Qəzet xatırladır ki, bu addım Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında yaratmaq istədiyi Zəngəzur dəhlizinin qarşısını almaq məqsədi daşıyırdı ki, bu da İranın Cənubi Qafqazla tranzit əlaqəsini faktiki olaraq pozar.

Qafqaz və Mərkəzi Asiya üzrə iranlı analitik Vəli Kalecinin fikrincə, Azərbaycanın Qərbdə, xüsusən də ABŞ-da erməni təsirinə qarşı siyasi baxımdan yəhudi lobbisinə ehtiyacı var, iqtisadi baxımdan isə Azərbaycan İsrailə əsas neft tədarükçüsüdür.








SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)