"Kişi pul qazanmağın yolunu öyrənib xanım seçməlidir" - Psixoloq




      Bölmə: Xəbər Tarix: 08.04.2023 / 23:12

"İmkansızlıqdan evlənmirəm" kimi belə bir problem olmur. Amma bunu problem vəziyyətinə gətirib evlənməyənlərin psixoloji problemi odur ki, öz təmbəllik komfort zonasından çıxmaq istəmir. Təmbəlliyin kökündə isə qorxu durur: məsuliyyət qorxusu, işə səhər tez oyanmaq, gecikməmək, məhsuldar olmaq, ailə başçısı olmaq, ata olmaq qorxusu... Bunları düşününcə gələcəyin həyəcanını yaşayır, "bacarmaram", "məndə alınmaz" cəsarətsizliyi ilə imkansızlığı bəhanə gətirmiş olurlar".

Bunu tanınmış psixoloq Samirə Bağırova deyib.

Psixoloq bildirib ki, bu da tərbiyənin bünövrəsindən irəli gəlir:

"Valideyinlər sən bacara bilməzsən, mən böyüyəm, mən həll edərəm deyə-deyə övladını çətinə yükləmək istəmir və nəticə etibarilə, heç bir işə yaramayan, fərasətsiz oğul böyüdür. Nəinki oğul, eləcə də qız uşaqlarına da aiddir. Hər kəs oxumuş, təhsilli ola bilməz, amma hər kəs "başının çarəsinə baxmağı" öyrənməlidir. Hər bir gənc oğlan 28-30 yaşına kimi iş əldə etməyi, pul qazanmağın yolunu öyrənməlidir. Bunu da ya ata, öyrətməlidir ya müstəqil yaşamağa şərait yaratmalıdır. Bəzi bəylər imkansız olduğu halda evlənir və xanımı bir qab yemək üçün gətirdiyini düşünür. Biz daş dövründə yaşamırıq. Bir boşqab yemək hər kəsin evində var. Ailə qurulan xanımın, övladının geyimi, dolanışığı, gəzintisi, uşağın təhsili bir başa kişinin qazancına bağlıdır. Bu səbəbdən bəylər evliliyə nəinki psixoloji, eləcə də həm fiziki, həm maddiyyat baxımından tam hazır olduğu şəkildə addım atmalı və öz yorğanına görə ayaq uzatmalıdır. Gözəl görünüşlü, gözəl geyimli, təhsilli, çalışan ata evində çətinlik görməyən xanımı gətirib bir qarın yeməyə saxlaya bilməyəcək. Kişi ailənin bünövrəsi sayılır. Hazır deyilsə maddiyyat baxımdan heç evlənməməsi daha uyğun hesab olunur. Mütləq evlənməlisən deyə bir qayda yoxdur"./faktmedia.az/






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)