Bayrağımızı yandıran Ermənistanda tanınmış şəxs imiş (FOTO)




      Bölmə: Gündəm Tarix: 15.04.2023 / 02:25

Xəbər verdiyimiz kimi, Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycanın dövlət bayrağı yandırılıb.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barbarlığı dizayner kimi tanınan Aram Nikolyan həyata keçirib.

Və hər şey düşünüldüyü kimi bir anda baş verməyib. Belə ki, bayrağımıza qarşı hörmətsizlik daha öncədən planlaşdırılıb. Yayılan fotolardan aydın olur ki, Aram Nikolyan açılış mərasiminin keçirildiyi Karen Dəmirçiyan adına idman-konsert kompleksinə hazırlıqlı gəlib. O, əvvəlcə əlində tutduğu yandırıcı maddəni bayrağın üzərinə tökür, daha sonra isə alışqanla dövlət atributumuza alov vurur.

Sözsüz ki, bu, təhlükəsizlik tədbirlərinin ciddi şəkildə təşkil olunmamasının göstəricisidir. Belə çıxır ki, boynunda akkreditasiyası olan Aram Nikolyanın əlində alışqan əvəzinə, silah da ola bilərdi.

Baş verən hadisə bir daha göstərir ki, Ermənistan ciddi idman tədbirlərinə ev sahibliyi etməyə hazır belə deyil.
Digər maraqlı məqam isə ondan ibarətdir ki, açılış mərasiminə Ermənistanın Baş naziri Nikol Paşinyan da qatılıb. Yəni, bu barbarlıq elə Paşinyanın gözü qarşısında baş verib.
 
Və o, utanmadan açılış mərasimində çıxışı zamanı deyib:



"Çempionat suveren müstəqil respublikanın himayəsi və bayrağı altında keçirilir. Ölkəmiz taleyin və tarixin yükünü götürməyə hazırdır”.

Paşinyanın pafoslu çıxışının fonunda isə bütün dünya Ermənistanın bir bayrağın ağırlığı altında necə qaldığını görmüş oldu.

Bu məqamda 8 il əvvələ, Bakıda keçirilən Avropa Oyunlarına nəzər salmaqda fayda var. Belə ki, 2015-ci ildə paytaxtımızda keçirilən Birinci Avropa Oyunlarında boks üzrə medal qazanan Ukraynanı təmsil edən erməni idmançı azarkeşlər tərəfindən fitə basılsa da, Prezident İlham Əliyev bir jesti ilə buna qarşı çıxmışdı.

Ölkə başçısının addımı azarkeşlərin alqışları ilə müşayiət olunmuşdu.





SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)