Aprelin 17-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, havanın temperaturu gecə 6-9° isti, gündüz 13-16° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.
Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 7-11° isti, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.