"Məni parka göndərib, əxlaqsızlıq edirdi..." - 15 yaşlı qatil




      Bölmə: Hadisə Tarix: 18.04.2023 / 20:25

Ötən il Qax şəhərində 2005-ci il təvəllüdlü bacısı Albina Papiaşvilini öldürən 15 yaşlı Jora Papiaşviliyə hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, məhkəmənin qərarı ilə Jora Papiaşvili Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 7 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 

Jora bildirib ki, atası Alioşa Papiaşvili 2016-cı ildə vəfat edib. 2017-ci ildə anası qeyri-rəsmi nikaha daxil olub. Qətlə yetirdiyi bacısı özündən 2 yaş böyük olub. 

Anası Züleyxa ilə aralarında yaranmış mübahisə nəticəsində onları 2020-ci ilin may ayında evdən qovub və hər ikisi nənəsinin evində qalıblar. 2022-ci ilin yanvar ayından bacısı Albina ilə Qax şəhərinə gələrək "Mehdinin dönərxanası” adlı yerin yaxınlığında ev tutub kirayədə yaşmağa başlayıblar. Bəzən də Albinanın rəfiqəsi də onlarla qalıb. Həmin vaxt Albina Qax şəhəri, İmam Mustafayev küçəsində yerləşən "Şirin həyat” restoranında ofisiant işləyib, orada Ramazan Qaçayev (şərti) ad-soyadlı şəxslə sevgi münasibətləri olub. Ramazan Qaçayev hər gün onlara gəlib-gedirmiş. 

Ramazan gələn kimi bacısı Albina Joranı parka göndərirmiş və ona zəng edəndə evə qayıtmasını tapşırırmış. O, bundan qəzəblənərək yenidən nənəsinin evinə qayıdıb. 
2022-ci ilin sentyabr ayında Albina ilə şəhərin başqa bir ünvanında yerləşən həyət evini 100 manata kirayə tutub. Həmin evdə Albina ilə sonuncunun rəfiqəsi yaşayır, artıq başqa kişilərlə də danışıb-görüşürmüş. 

Jora Albinanın pozğun həyat şəraiti keçirdiyinə qərar verərək, onu öldürmək qərarına gəlib. Bu məqsədlə bacısının yaşadığı evə gedərək onun yatmağını gözləyib. Albina 13:30-da telefonla danışığını qurtardıqdan sonra telefonunu yanına qoyub mürgüləməyə başlayıb. Yarım saat sonra, yəni saat 14.00 radələrində Albinanın yatdığını görüb, mətbəxə keçərək stolun üzərində olan bıçağı götürüb. Albinanın üzərində olan yorğanı çəkərək mərhumun sol çiyin nahiyəsinə və belinə bir neçə, təxminən 6-7 zərbə vurub. Bıçaq zərbəsini vurduqdan 3-4 dəqiqə sonra Albinanın artıq nəfəs almadığını və öldüyünü hiss edib. 

Jora törətdiyi hadisədən sonra heç nə olmamış kimi Qax şəhər avtovağzalına yollanıb və Qax-Üzümlü marşrutuna minərək, Xələftala kəndinə - nənəsinin evinə gedib. Nənəsi Bayramxatın Əhmədova onun hansı səbəbdən gəldiyini soruşduqda, Albinanın Ayşənlə qalacağını bildirib. 

Daha sonra Jora nənəsi ilə bacısının yaşadığı evə qayıdıblar. Nənəsi mənzilə daxil olan zaman Albinanın meyitini aşkar edib. Qadın qışqır-bağır salıb, bundan sonra əmisi Mişa təcili yardım xidmətinə və polisə zəng edərək məlumat verib. Əvvəlcə bacısını öldürməsini boynuna almayan Jora daha sonra törətdiyi cinayət əməlini etiraf edib.







SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)