SON DƏQİQƏ: Azərbaycanda bir sıra yüksək vəzifəlilər işdən çıxarıldı




      Bölmə: Xəbər Tarix: 26.04.2023 / 13:23

2023-cü ilin əvvəlindən etibarən Elm və Təhsil Nazirliyi, həmçinin yerli təhsili idarəetmə orqanları tərəfindən ümumi və məktəbəqədər təhsil müəssisələrində monitorinqlər aparılır.

Bu barədə nazirlikdən məlumat verilib.

Belə ki, ümumi təhsil müəssisələrində məktəbə rəhbərlik və nəzarətin həyata keçirilməsi, fərdi təhsil, dərnək və dərsdənkənar məşğələlərin təşkili, müəllimlər arasında dərs yükü bölgüsünün qiymətləndirmə nəticələrinə uyğun aparılması, şagird və işçilərin davamiyyəti, tədris-pedaqoji sənədlərin tərtibi, sinif komplektlərinin normativ sənədə uyğun təşkili, həmçinin kadr inzibatçılığı, işçilərin əmək intizamı və əmək funksiyası üzrə vəzifə öhdəliklərini yerinə yetirməsi və digər sahələr üzrə yoxlamalar aparılıb. Yoxlamalar zamanı qeyd edilən sahələr üzrə aşkar olunmuş nöqsan və çatışmazlıqlar nəticəsində 18 ümumi təhsil müəssisəsinin direktoru tutduğu vəzifədən azad olunub.

Bununla yanaşı, dövlət məktəbəqədər təhsil müəssisələrində də rəhbərlik və nəzarətin həyata keçirilməsi, normativ hüquqi aktların tələblərinə riayət olunması, uşaqların qida təminatı və anbar uçotunun qanunauyğun aparılması, təlim-tərbiyə prosesinin təşkili, işçilərlə əmək münasibətləri tənzimlənən zaman əmək qanunvericiliyinin tələblərinə əməl olunması, işçilərin əmək intizamı və əmək funksiyası üzrə vəzifə öhdəliklərini yerinə yetirməsi və digər sahələr üzrə yoxlamalar aparılıb. Yekun olaraq, aşkarlanmış nöqsan və çatışmazlıqlar nəticəsində 14 dövlət məktəbəqədər təhsil müəssisəsinin müdiri işdən azad edilib.|manset.az|







SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)