İsa Qəmbərin erməniyə xidmət edən oğlu - Foto




      Bölmə: Xəbər Tarix: 26.04.2023 / 15:45

Müsavat Partiyasının sabiq başqanı, hazırda Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri olan İsa Qəmbərin oğlu İlkin Qəmbərin Tvitter hesabındakı paylaşımı rezonans doğurub.


44Gun.Az xəbər verir ki, hazırda Kanadada yaşayan İlkin Qəmbər 24 aprel tarixində - qondarma “erməni soyqırımı”nın “ildönümündə” paylaşım edib.


“Bu gün erməni soyqırımının ildönümüdür. Bir də olmasın” deyə İlkin Qəmbər paylaşımında bildirib.


Onun bu paylaşımı ciddi müzakirələrə səbəb olub. Belə ki, İsa Qəmbər Milli Azadlıq Hərəkatının liderlərindən biri, Ali Sovetin sədri, illərlə Müsavat Partiyasının başqanı kimi hər zaman milli mücadilə verən şəxs kimi tanınıb. İsa Qəmbəri Azərbaycanda məşhurlaşdıran da erməni yalanlarına qarşı mübarizəsi olub. 1980-ci illərdə İsa Qəmbər Zori Balayanın “Ocaq” cəfəngiyyatına tutarlı cavab yazması ilə tanınıb.


İsa Qəmbərin ailəsində böyüyən bir şəxsin Azərbaycanın milli maraqlarını bu cür satması, qondarma erməni təbliğatına alət olması, ermənilərin yalançı ruporuna çevrilməsi şok effekt yaradıb.


Saytımıza danışan ziyalılardan biri isə İlkin Qəmbərin bu tvitinin “adi bir şey” olduğunu, onun artıq uzun müddətdir ermənilərin yalan maşınına xidmət etdiyini bildirib. O qeyd edib ki, İlkin Qəmbər “qədim erməni tarixi”nə aid "Ermənistan Krallığı: Qədim Roma ilə Parfiya arasında. Sənədli film" adlı animasiya filminin də müəllifidir və erməniləri təbliğ edən bu film Yutub platformasında milyonlarla baxış toplayıb.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)