"Biz görüşmürük..." - İsa Qəmbər oğlunun qalmaqallı paylaşımından DANIŞDI |
| Bölmə: Gündəm |
Tarix: 26.04.2023 / 15:49 |
“İlkinin 40-a yaxın yaşı var, yetkin insandır. Öz addımlarına görə məsuliyyət daşıyır. İlkinin mövqeyində, fikirlərində az məqamlar var ki, mən onunla razı deyiləm”. 44Gun.az xəbər verir ki, bu fikirləri “Laf TV”-nin efirində tanınmış siyasətçi İsa Qəmbər oğlu İlkin Qəmbərin məlum tvitinə münasibət bildirərkən deyib.
İ.Qəmbər 7-8 ildir ki, oğlu ilə görüşmədiyini qeyd edib: "Uzun illərdir bu kimi məsələləri üz-üzə oturub müzakirə etmək imkanımız yoxdur. İlkin uzun illərdir Kanadada yaşayır. Orada bir neçə azərbaycanlı ilə birgə yutub kanalı ("Kings and Generals") açıblar, tarixi filmlər çəkirlər. Yüzlərlə tarixi filmlər çəkiblər. Təsəvvür edin, bir neçə istedadlı azərbaycanlının yaratdığı kanal yutubda ən populyar tarix kanallarından biridir. 3 milyona yaxın abunəsi var. Çəkdikləri filmlər arasında ən qədim dövrdən tutmuş bu gün Rusiya-Ukrayna savaşına, Azərbaycanla, Türk dünyası ilə, Türkiyənin apardığı müharibələrlə bağlı çoxsaylı filmlər var. Mən sözün düzü, çox izləmirəm, haqqında söhbət gedən filmi də izləməmişəm. Amma soyqırımla bağlı (“Erməni soyqırımı” – red.) tamam səhv mövqedədirlər. Mənə və bütün məsuliyyətli insanlara aydındır ki, heç bir soyqırım olmayıb. Ermənilər Birinci Dünya müharibəsi illərində Rusiya ilə Osmanlı arasında gedən savaşda Rusiyaya xidmət göstəriblər, fürsətdən istifadə edib yerli əhaliyə qarşı hücumlar təşkil ediblər, qırğınlar törədiblər. Osmanlı dövləti də özünü, əhalisini qorumaq naminə qərarlar qəbul edib, bunlardan biri də onların ordan ixrac edilməsi ilə bağlı olub. Təəssüf ki, bəzi insanlar təbliğatın altına düşürlər, yanlış mövqedə dururlar. Mənim üçün soyqırımla bağlı paylaşım gözlənilməz oldu. Filmlə bağlı heç nə deyə bilmərəm, çünki baxmamışam. Orda böyük bir kollektiv işləyir, yüzlərlə filmlər çəkilir, hamısı müzakirələr əsasında. Kanal çox inkişaf edib, yaxşı tribunadır, amma görünür, İlkin, eləcə də bəzi gənclərlə bu mövzular ətrafında söhbət etməyə ehtiyac var”. İ.Qəmbər 40 ilə yaxın müddət bundan əvvəl Zori Balayana, erməni yalanlarına qarşı yazdığı kitabı xatırladıb. O, ermənilərin uydurma tarixindən, siyasətindən bəhs edib. Bildirib ki, zamanında ermənilər regiona Osmanlıya qarşı bir silah kimi gətirilib: "Bəziləri yazır ki, bizim dolmamızı, musiqimizi oğurladılar, amma məsələ ondadır ki, ermənilər bizim tariximizi oğurlayıblar. Tarixin ermənilərə aid edilən bir çox məqamları onlara aid deyil, bölgədəki türk amilinə bağlı gerçəklərdir. Avropa təxminən 17-ci əsrin sonundan bu mövzunu qabartmağa başlayıb, elə bir hala gətirib ki, bu uydurmalara erməni xalqı inanmağa başlayıb. Əslində ortada heç nə yoxdur, amma o qədər təkrarlanıb ki, buna inanıblar. Erməni adının onlara dəxli yoxdur, onların adı hay-dır. Məncə, erməni adının özü qədim türk tayfalarından biri olub, zaman-zaman mənimsəyiblər. Eyni zamanda bu qondarma genosid haqda o qədər yalan danışıb, təbliğat aparıblar ki, xüsusən Avropada yaşayan insanlar üçün həqiqətə çevrilib".
|
Facebook
Вконтакте
Одноклассники
Google+
|
SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)
|