Anar Bağırov vəkillərə müraciət etdi: Vəkill etikasını pozmayın




      Bölmə: Gündəm Tarix: 26.04.2023 / 21:19

"Müstəqil vəkillik institutu hər bir hüquqi dövlətin, həmçinin vətəndaş cəmiyyətinin əsas institutlarından biridir. Demokratik cəmiyyətin əsaslarından olan insan hüquq və azadlıqlarının peşəkar müdafiəsini isə vəkillik təsisatı olmadan təsəvvür etmək olmaz. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 22 fevral 2018-ci il tarixli Sərəncamın preambulasında da insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyətinin olması xüsusilə vurğulanıb. Qeyd olunanlar ölkəmizin vəkil korpusu tərəfindən qürur hissi ilə qarşılanmaqla onların üzərinə böyük məsuliyyət qoyması nəticəsində fəaliyyətləri dövründə öz vəzifələrini qanunun aliliyini rəhbər tutmaqla yorulmadan, peşəkarlıqla, vicdan və məsuliyyətlə həyata keçirirlər".


Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.


O bildirib ki, son illərdə gündəlik həyatımızın tərkib hissəsinə çevrilmiş sosial şəbəkələrdə, həmçinin kütləvi informasiya vasitələrində də aktivliyi ilə seçilən vəkillər informasiya mübadiləsində geniş kütləyə əlçatımlığı və çevikliyini nəzərə alaraq bu platformalarda fəaliyyətlərini işıqlandırır, pulsuz hüquqi məsləhətlər verir, geniş kütləni maarifləndirirlər.


"Bununla belə, bəzi hallarda vəkillər tərəfindən sosial şəbəkələrdə məhkəmə hakimiyyətinin və digər qurumların işgüzar nüfuzunu, vəzifəli və digər şəxslərin şərəf və ləyaqətini ləkələyə biləcək məlumatlar paylaşılması müşahidə edilir. Bundan başqa, vəkillər tərəfindən göstərdikləri hüquqi yardım üzrə icraatlarında olan işlərə dair sosial şəbəkələrdə məlumatlar paylaşılır ki, bu da bir çox hallarda vəkil sirrinin və həmçinin vəkillik fəaliyyətinin əsas prinsiplərindən olan konfidensiallıq prinsipinin pozulması ilə nəticələnə bilər. Eyni zamanda icraatlarında olan işlər üzrə çıxarılmış yekun məhkəmə qərarını “möhtəşəm qələbə”, “uğurlu nəticə” və digər bu kimi ifadələrdən istifadə edərək təqdim etməklə reklam xarakteri daşıyan məlumatlar paylaşılır", - deyə sədr qeyd edib.


A.Bağırov deyib ki, Azərbaycanda həyata keçirilən hüquq islahatlarının tərkib hissəsi olaraq vəkillik fəaliyyəti daha da inkişaf etmiş və onun nüfuzu artıb. Bu vəkillərin sayı ilə bərabər göstərilən hüquqi yardımın keyfiyyətində də biruzə verir. Lakin yuxarıda qeyd edilən məlumatların paylaşılması vəkil etikasının tələblərinə zidd olmaqla vəkilliyin nüfuzuna mənfi təsir göstərir.


"Unutmaq olmaz ki, “Vəkillərin davranış qaydaları” haqqında Əsasnamənin tələblərinə əsasən vəkil vəkil sirrini təşkil edən məlumatları ictimailəşdirməməli, kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə və ictimai yerlərdə vəkilliyin nüfuzunu ləkələyən, böhtan xarakterli məlumatların yayılmasına yol verməməli və həmin şəxslərə qarşı qeyri-etik ifadələr işlətməməli, şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir. Bundan başqa, vəkilin öz fəaliyyətini təbliğ etməsi reklam xarakteri daşımamalı, özünün hüquqi yardım göstərməsi ilə bağlı ibtidai araşdırmaya, məhkəmə proseslərinə və digər işlərə istinadlar edə, vəkilə müraciət etmiş şəxslərə hər hansı prosessual hərəkətlərin uğurla nəticələnəcəyi barədə fikir yaradacaq bəyanatlar verməməlidir. Eyni zamanda beynəlxalq təcrübə də vəkillər tərəfindən eyni davranış qaydalarına riayət edilməsinin tələb edir. Buna görə də qanunun aliliyi və konfidensiallıq prinsiplərini rəhbər tutaraq vəkillərdən məhkəmə hakimiyyətinin və digər qurumların işgüzar nüfuzunu, onların vəzifəli şəxslərinin və digər fiziki şəxslərin şərəf və ləyaqətini ləkələyə biləcək məlumatların və həmçinin reklam xarakterli məlumatların paylaşılmasından çəkinməyi və vəkil etikasının tələblərinə tam riayət etmələri xahiş olunur", - sədr bildirib.


O vurğulayıb ki, əks təqdirdə bu cür məlumatların paylaşılması həmin vəkillərin intizam məsuliyyətinə cəlb edilməsi üçün əsas yarada bilər. /e-huquq.az/






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)