“Direktorun əri mənə 30 min rüşvət təklif etdi, razılaşdım” |
| Bölmə: Hadisə |
Tarix: 27.04.2023 / 12:57 |
| Rüşvətə görə 10 il 6 ay həbs cəzası alan Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Azər Rəcəbovun məhkəmədə verdiyi ifadə məlum olub.
44GÜN.AZ-ın qafqazinfo-ya istinadən məlumatına görə, A.Rəcəbov Gəncə Ağır Cinayətlər Məhkəməsindəki çıxışında rüşvət aldığını etiraf edib.
Özünü təqsirli bilən sabiq rəis musiqi məktəblərindən birində apardığı yoxlama nəticələrinin Mədəniyyət Nazirliyinə təqdim edilməməsi müqabilində ona 30 min manat rüşvət təklif olunduğunu deyib: "Regional mədəniyyət idarəsinin balansında 9 uşaq musiqi məktəbi olub. Gədəbəy rayon Zəhmət kənd uşaq musiqi məktəbinin direktoru işləyən Təranə Şərifova ilə bağlı məktəbin müəllimləri tərəfindən bir neçə dəfə şikayət olmuşdu. Bu səbəbdən 2022-ci ildə məktəbin fəaliyyətinin yoxlanılması barədə tədbir görmək qərarına gəldim. Komissiya təşkil edib 2 gün müddətində məktəbdə yoxlama keçirdik. Yoxlama zamanı 17 müəllimin adına rəsmiləşdirilmiş əmək haqqı kartlarının direktor Təranə xanımda olduğunu müəyyən etdik. Belə ki, direktor maaş kartlarını özündə saxlayıb hər müəllimə ayda əlbəəl 200-250 manat pul verirmiş. Lakin həmin müəllimlərin kartlarına orta hesabla ayda 1200-1400 manat pul köçürdü. Yoxlamanın nəticəsinə əsasən, bəlli oldu ki, direktor bu əməlləri nəticəsində dövlət büdcəsinə 300 000 manat ziyan vurub. Yoxlamadan bir neçə gün sonra Təranə xanım xidməti otağıma gəlib işində yol verdiyi nöqsanları bağışlamağımı və onu işdən azad etməyimi xahiş etdi. Mən isə onu bağışlaya bilməyəcəyimi, yoxlama zamanı toplanılmış materialları Mədəniyyət Nazirliyinin Daxili Nəzarət Şöbəsinə təqdim edəcəyimi bildirdim. Dedim ki, böyük ehtimalla materiallar nazirlik tərəfindən prokurorluq orqanlarına göndəriləcək”. Ətraflı
Azər Rəcəbovun ifadəsinə əsasən, bir neçə gün sonra T.Şərifovanın əri Nazim Şərifov ona 30 min manat təklif edib ki, bu işi ört-basdır eləsin: "Nazim otağıma gəlib "Əgər arvadımı həmin məktəbdə direktor kimi saxlamaq istəmirsənsə, onu başqa məktəbə direktor keçir. Yoxlama nəticələrini və müəllimlərin izahatlarını mənə ver, buna görə sənə 30 000 manat verəcəm” dedi. Razılaşdım, Təranəni Gədəbəy rayon Düzrəsullu uşaq musiqi məktəbinə direktor vəzifəsinə təyin edəcəyimi, müəllimlərin izahatlarını və yoxlama nəticələrini isə cırıb atacağımı bildirdim. Nazimdən əvvəlcə 10 000 manat aldım. Lakin bu məbləğdən başqa heç vaxt, heç kimdən rüşvət almamışam”.
Qeyd edək ki, Azər Rəcəbov 2021-ci ildə keçmiş mədəniyyət naziri Anar Kərimov tərəfindən Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi təyin edilib. 2022-ci ilin iyununda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. O, Gədəbəy, Daşkəsən, Göygöl və Şəmkir rayonlarında yerləşən, kitabxanalar, mədəniyyət evləri, uşaq musiqi məktəbləri və uşaq incəsənət məktəblərinə direktor təyin edilməsi, ixtisar olunmalı və ya birləşdirilməli kənd klublarının Mədəniyyət Nazirliyinə göndəriləcək siyahıya daxil edilməməsi müqabilində vəzifəli şəxslərdən rüşvət almaqda ittiham olunub. Ayrı-ayrı şəxslərdən 102 min manat rüşvət alma və vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair əsaslı şübhələr müəyyən edilərək barəsində cinayət işi başlanıb.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
|
Facebook
Вконтакте
Одноклассники
Google+
|
SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)
|