Azərbaycan pasportundan imtina edən Qarabağ erməniləri ilə bağlı təklif – “Bu ölkəyə köçürülsünlər...”




      Bölmə: Gündəm Tarix: 27.04.2023 / 15:25

“Qarabağın imkanlı erməniləri ABŞ və Avropa ölkələrindən birinə köçməyi arzulayır, nisbətən orta təbəqə isə Rusiyanın müxtəlif vilayətlərinə daşınmaq istəyəcək. Belə yerlərdən biri Krasnodardır. Rusiyanın bu bölgəsində ermənilər kompakt yaşayırlar”.

 

44gun.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Rusiyanın Qara dənizə çıxışı olan kurort şəhərlərində də ermənilərin sayı çoxdur:

 

“Əhalisi qocalan və artmayan Rusiyanın işçi qüvvəsinə ehtiyacı var. Ona görə də Qarabağ erməniləri Rusiyanın adıçəkilən vilayətlərində özlərinə uyğun iş tapa bilərlər. Qarabağın ən kasıb təbəqəsi çarəsiz durumda Ermənistana köçəcək, ancaq İrəvanda iş imkanları az olduğuna görə onlar paytaxtdan aralı qəsəbələrdə yerləşmək məcburiyyətində qalacaqlar. Digər tərəfdən, belə fikirlər yayılır ki, yaxın gələcəkdə azərbaycanlıların Xankəndinə qayıda bilməsi üçün evlərini 60 və 100 min dollara satmağa çalışan Qarabağ ermənilərinin həmin evlərini almaq lazımdır. Yaxşı ideyadır, ancaq bunun həyata keçirilməsi mexanizmi mürəkkəbdir. Belə bir qərar verilərsə, evlərin alınmasında baş rolu dövlət oynamalıdır”.


Ekspert qeyd edib ki, Rusiyaya köçmək istəyən Qarabağ ermənilərini bu işə təşviq etmək üçün xüsusi plan hazırlana bilər:

 

“Mürəkkəb görünsə də, Qarabağ ermənilərinin Rusiyaya köçərək iş tapmalarına yardımçı olmaq mümkündür. Bunun üçün Rusiyanın bölgələrində işçi qüvvəsinə ehtiyacı olan bölgələr araşdırılmalı və ermənilərin ora köçmələrini sürətləndirmək üçün bütün imkanlardan istifadə edilməlidir. Məqsədimiz Azərbaycan qanunlarını ilə yaşamaq istəməyən Qarabağ ermənilərinin ərazimizi tərk etməsini sürətləndirməkdir. Bunun üçün bütün imkanlardan istifadə olunmalıdır ki, hədəfə tez çataq. Bu, İrəvanın, separatçıların və onlara dəstək verən Qərbdəki bəzi mərkəzlərin göstərməyə çalışdığı etnik təmizləmə deyil. Bu, Azərbaycan qanunları ilə yaşamaq istəməyən ermənilərin təhlkəsiz şəraitində ölkə ərazisini tərk etmələrinə şərait yaratmaqdır. Azərbaycan qanunlarını və pasportlarını qəbul edən ermənilər isə Qarabağda həyatlarına davam edəcəklər”.|sfera.az|






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)