Elşən Musayev iclasa hazır “şpalqalka” ilə gəlib? – “Mətni harada yazdı, necə bildi ki...”




      Bölmə: Sosial Tarix: 27.04.2023 / 16:45

Jurnalist Məhəmmədəli Qəribli deputat Elşən Musayevin parlamentdəki son çıxışını tənqid edib.

 

44Gun.Az xəbər verir ki, jurnalist adıçəkilən millət vəkilinin deputat Vahid Əhmədovla bağlı çıxışının əvvəlcədən hazırladığını iddia edib:

 

"Deputat Vahid Əhmədovun Milli Məclisdə necə “çarmıxa” çəkildiyini yəqin ki, hamınız izlədiniz. Həmin müzakirələrdə mənim diqqətimi millət vəkili Elşən Musayevin emosional tərzdə etdiyi çıxış çəkdi. Çıxışın məzmunu ilə bağlı heç nə demək istəmirəm. Ancaq Elşən Musayev Vahid Əhmədov haqda etdiyi məlum çıxışla prosesə başqa bir görkəm vermiş oldu. Nədir bu yanlışlıq? Fikir verdinizsə, Musayev öz deputat  həmkarı Vahid Əhmədova ünvanladığı ittihamları əvvəlcədən hazırlanmış kağızdan oxuyurdu. Vahid Əhmədovun Musayevin çıxışından əvvəl səsləndirdiyi arqumenti bu oldu ki, ona qarşı bu kampaniya təşkil edilib. Etiraz edən deputatların çıxışının məzmunundan isə belə başa düşdük ki, onların Vahid Əhmədovun səsləndirdiyi fikirlərə reaksiyaları təşkil edilmiş yox, impulsivdir. Çünki deputat müsahibəsində hədəf olaraq məhz onları və ümumi parlamenti seçib.


Maraqlıdır, elə qısa zaman kəsiyində  deputat Elşən Musayev Vahid Əhmədova həsr etdiyi monoloqu harada və necə yaza bildi ki, sonra da onu üzündən oxumalı oldu? Mətn əvvəlcədən  cibində olubsa, onda sual yaranır: nə bilib ki, iclasda məhz Vahid Əhmədovla bağlı müzakirə gedəcək? Axı, əvvəlcədən müəyyənləşən gündəlikdə bu məsələ olmayıb. Lap götürək ki, bilib. Məgər o qədər mətni oxuyub əzbərləmək belə çətindir ki,  bunu etməməklə Vahid Əhmədovun arqumentini gücləndirmiş olur? Görünür ki, Vahid Əhmədovun müsahibəsində dərin məna Elşən Musayevə tam çatmayıb. Belə olmasaydı, o, Əhmədova olan qəzəbini kağızı üzündən oxumaqla deyil, ürəkdən ifadə edərdi".

 

Xatırladaq ki, bir neçə gün öncə bəzi deputatlar Vahid Əhmədovu bloqer Mehman Hüseynova verdiyi müsahibəyə görə sərt tənqid edib. Milli Məclisin spikeri Sahibə Qafarova isə bildirib ki, məsələyə İntizam Komissiyasında baxılacaq.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)