“Bu evliliyin ortasında həmişə bir ruh dolaşacaq” - Bir cəmiyyətin FACİƏSİ! – QINAQ!




      Bölmə: Sosial Tarix: 28.04.2023 / 18:43

“Şəxsi həyat deyib durmusunuz. Amma bu evlilik bölgələrdə fəxrlə Azərbaycan qadını dediyiniz varlığın min bir əzabının göstəricisidir”.

Bu sözləri Feysbukda aparıcı İradə İsak yazıb. Jurnalist sosial şəbəkələrdə müzakirə yaradan şəhid Elçin Mustafazadənin qardaşının mərhumun nişanlısı ilə ailə qurmağa hazırlaşmasına irad bildirib:

“Mən burada qısa müddətə yaranan sevgi nağılına inanmıram. Məntiqə uyğun deyil! Bir suveniri sənə kimsə hədiyyə edirsə, hər gözünə sataşanda o insanı xatırlayırsan. Şəhidin nişanlısı ondan bir nişanədir. Ona hər baxanda kimin nələr yadına düşəcək? Səbəb:Ata-ananın qorxusudur. "Bu qızı birdən kimsə almaz qorxusu". Azərbaycan qadını axı bir gün kimsə tərəfindən seçilib alınacağı o gün üçün doğulub.

Vay, birdən bu qıza kimsə yaxın durmasa?! Vay, birdən bizim qeyrətimizə kimsə yaxın dursa?! Rayonda hamı barmaqla göstərəcək bizim qızı. "Bu qızın şəkli saytları bəzəmişdi ey, kim alacaqdı onu?"

Kömək edək, təhsili haqda, inkişafı haqda düşünək. Bu sistem, bu proqram isə əvvəldən yoxdur. Onlar ərə getmək üçün vardır və doğulublar.

Qadınların inkişafı ilə məşğul olan QHT də layihə pulunu alıb, İcra hakimiyyətinin binasında 10 gün tədbir keçirib gəliblər.

Maarifləndirən yox, problemini dinləyən yox, bölgələrdəki vətəndaşlarla işləyən yox. O qadının iqtisadi azadlığı yox, təhsili yox, güzəranı başqalarının əlində. Fotoda gülümsəyir gənclər. Onları inandırıblar ki, hər şey əla olacaq. Amma kimsə deməyib ki, bu evliliyin ortasında həmişə bir ruh dolaşacaq. Bu cəmiyyətin problemidir əslində. Nə anlayan var, nə anladan. Yenə çəpiyinizi çalın, hamımız xoşbəxt olaq. Onlar da, biz də. Allah hamımıza xeyir versin ki, bu ağılla məhv olmayaq”./sherg.az/






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)