“Paşa Holdinq” ilə müqavilə bağlayan “Trendyol”un əsl sahibi kimdir?




      Bölmə: Gündəm Tarix: 01.05.2023 / 15:31

Xəbər verdiyimiz kimi, Türkiyənin aparıcı elektron ticarət platformalarından biri olan “Trendyol” “Paşa Holdinq” ilə müqavilə bağlayıb.


Yeniavaz.com xəbər verir ki, müqaviləyə əsasən, tərəflər Azərbaycanda birgə elektron ticarət xidmətləri göstərəcək.


Məlumat üçün bildirək ki, hazırda Türkiyənin ən böyük elektron ticarət platforması olan “Trendyol” 2010-cu ildə Demet Mutlu tərəfindən 300 min dollar sərmayə ilə qurulub.


“Trendyol”un qurucusu olan Demet Mutlu 22 avqust 1981-ci ildə Nyu Yorkda anadan olub. Demet Mutlu orta təhsilini Fransız liseyində alıb. Daha sonra Nyu York Universitetinin İqtisadiyyat fakültəsindən məzun olub. Bir müddət İsveçrə, Yaponiya, ABŞ və Türkiyədə maliyyə, marketinq və biznesin inkişafı sahələrində çalışan Mutlu daha sonra Harvard Universitetində magistr təhsilinə başlayıb. Türkiyəyə səfəri zamanı e-ticarətdə, xüsusilə də geyim sahəsində boşluq olduğunu görən Demet Mutlu təhsilinin ikinci ilində “Trendyol”u qurmaq üçün Harvard Universitetindən ayrılıb və Türkiyəyə gəlib.


Hazırda Türkiyədə və Avropanın 27 ölkəsində elektron ticarət platformasına sahib olan “Trendyol”un əsas səhmdarı dünyanın ən böyük elektron ticarət platformalarından birinə sahib olan Çinin “Alibaba Qrup” şirkətinə məxsusdur.


Dünya üzrə 260 minə yaxın işçisi olan “Alibaba Qrup”un 2022-ci ildə 7,5 milyard dollara yaxın xalis mənfəət əldə etdiyi bildirilir.
“Alibaba Qrup” şirkəti 2018-ci ildə 728 milyon dollar ödəyərək “Trendyol”un 75%-nə sahib olub. 3 ildən sonra “Alibaba Qrup” daha 350 milyon dollar sərmayə qoyaraq “Trendyol”dakı payını 86,5%-ə çatdırıb.


“Trendyol”un qurucusu olan Demet Mutlunun şirkətdəki payı 6,96%-ə düşüb. Bundan başqa şirkətin 5,55%-i Demet Mutlunun keçmiş həyat yoldaşı Evren Üçoka, 0,78%-i Begüm Tekinə, 0,21%-i isə Zeki Güçlü Kayaya məxsusdur.


Onu da bildirək ki, “Trendyol”un 1%-lik hissəsinə sahib olmaq təxminən 150 milyon dollara sahib olmaq deməkdir.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)