Sənədsiz ev və obyekt sahibləri cərimələnəcək? - Açıqlama




      Bölmə: Sosial Tarix: 01.05.2023 / 17:06

Xəbər verdiyimiz kimi, özbaşına tikinti işlərinin aparılmasına görə cərimələr artırılır.



İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilən tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə, fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə cərimələnəcək. Həmçinin eyni əmələ görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə ediləcək.



İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni müvafiq maddəyə əsasən, barəsində məlumatlandırma icraatı tətbiq edilən, lakin tikinti işlərinin başlanmasına Şəhərsalma və Tikinti Məcəlləsinin məlumatlandırma icraatı olmadan tikinti obyektlərinin tikintisinə görə fiziki şəxslərə xəbərdarlıq olunacaq və ya onlar 300 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 15 min manatdan 25 min manatadək məbləğdə cərimə ediləcək. Nəzərdə tutulmuş inzibati xətaya görə inzibati məsuliyyət bu maddə qüvvəyə mindikdən sonra tikintisinə başlanmış tikinti obyektlərinə münasibətdə yaranacaq.


Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Bakupost.az -a açıqlamasında bildirib ki, özbaşına tikinti işlərinin aparılmasına görə cərimələmə tikinti mərhələsində həyata keçirilirsə, bu gələcəkdə qanunsuz evlərin sayının artmamasına müəyyən qədər təsir edə bilər. Əgər bu cərimələr artıq tikilən fərdi yaşayış evlərinə də şamil ediləcəksə, bu, məsələyə düzgün yanaşma deyil:



“Qeyd edim ki, hazırda Bakı və  Abşeronda çıxarış ala bilməyən yüz minlərlə tikili var. Onların hətta dəqiq statistikasını belə aparmaq mümkün deyil. Əksər sakinlərdə torpaqların təyinatı fərqlidir. Bir qismi isə torpağı bələdiyyədən alıb və bələdiyyə sərəncamı ilə ev tikib. İndi isə çıxarış ala bilmir. Sən demə, o ərazilər bələdiyyə torpağı deyilmiş. Özbaşına tikinti o demək deyil ki, hansısa bir vətəndaş istədiyi yerdə gedib özünə ev tikir. Hansısa qurumla razılaşır, torpaq alır, tikinti üçün ödəniş edir. Sadəcə, ona satılan torpaq təyinatlı olmadığı üçün son mərhələdə çıxarış ala bilmir. Özbaşına tikinti işlərinin aparılmasına görə cərimələri artırmaqla bu cür qanunsuzluqlara son qoymaq mümkün olmayacaq. Bu vəziyyətdə ən doğru yol sənədsiz evləri qeydiyyata alıb çıxarış verərək onları vergiyə cəlb etməkdir. Sənədləri olmasa da, insanlar həmin evlərdə onsuz da yaşayır, kommunal xərcləri ödəyirlər. Həmin ərazilərdə çıxarışların olmaması səbəbindən vətəndaşlar çox əziyyət çəkir. Ən başlıcası isə bələdiyyə və dövlət büdcəsi vergilərdən yararlana bilmir. Çıxarış olmalıdır ki, bu sənəd üzərindən bələdiyyə vergi toplaya bilsin. Hesab edirəm ki, məsələyə bu prizmadan baxılmalıdır”.







SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)