Xalq artisti gəlininin vəziyyətindən danışdı - AÇIQLAMA




      Bölmə: Gündəm Tarix: 02.05.2023 / 18:29

Xalq artist Mələkxanım Eyubova gəlininin səhhəti ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Məsələ ilə bağlı məlumat almaq üçün Oxu.Az-ın əməkdaşı Xalq artist Mələkxanım Eyubova ilə danışıb.

Xatırladaq ki, ötən günlərdə Mələkxanım Eyubovanın oğlu Cəfər Nəcəfov "Instagram” hesabında yoldaşının səhhəti ilə bağlı paylaşım edib. O, həyat yoldaşında böyrək çatışmazlığı yarandığını, həyati təhlükəsi olduğunu deyib. Heç bir təcili yardım qəbul etmədiyini vurğulayıb.

Xalq artisti ailə problemləri ilə gündəmdə olmağı sevmədiyini dilə gətirib:

"Ümumiyyətlə, bir neçə gündür ki, bizi sevən dostlarımız, sənətimə hörmət edən insanlar çox narahat olublar. Əslində bu, hər bir kəsin evində yaşana biləcək problemdir. Lakin sənət adamı olduğumuz üçün bu problemlər də işıqlanır. Hətta bəzən insanlar buna qıcıqlanırlar. Dilə gətirirlər ki, "niyə müğənnilərin ailələrini işıqlanıdırırsınız?” Demək lazımdır ki, bu insanlar ömürlərini sənətə fəda ediblər. Hər birinin ailəsində olan problemlər insanları narahat edir. Bu işlər baş verir.

Mən 40 ildir ki, sənətdəyəm. Hər zaman gündəmdə olmuşam. Lakin heç bir problemimi bölüşməmişəm. Yazmamışam, bildirməmişəm. Yalnız sevincimi bölüşə bilərəm”.
Xanəndə oğlunun şok vəziyyətdə paylaşım etdiyini söyləyib:

"Sadəcə oğlum şok vəziyyətində idi. Gəlinimin iki böyrəyinin birdən-birə sıradan çıxması onu bu vəziyyətə saldı. Gecə bizi heç bir xəstəxana qəbul etmədi. Çox ağır olduqlarını bildirdilər. Siz həkimsiniz, borcunuzdur ki, hər bir kəsə o yardımı edəsiniz. Onlar xəstəyə yaxın durmadılar. Bu nə dərəcədə düzgündür? Oğlum o vəziyyətdə paylaşım edib. Tanınmış bloqerdir. Tanınmış insan olduğu üçün sürətli şəkildə yayıldı. Hər kəs bildi. Mən kimisə narahat etmək istəməzdim. Şükürlər olsun ki, kritik vəziyyətdən çıxıb. Artıq 70 faiz öz sağlamlığına qovuşub.
Yardım istəyən şəxs deyiləm. Bütün sənət dostlarım sağ olsunlar. Hər kəs mənəvi dəstəyini, doğmalığını nümayiş etdirdi. 4 gündür ki, stresdəyik. Heç kəs ilə kəlmə belə kəsməmişəm”.

M.Eyubova gəlininin hələ də reanimasiyada olduğunu əlavə edib:

"Hələ də reanimasiyadadır. Bir-iki günə, inşallah, palataya köçürüləcək. Sonrakı prosesləri açıqlamaq istəmirəm. Allahın izni ilə yaxşı olacaq. Allah heç bir insanı darda qoymasın. Allah heç kəsə vaxtsız qıymasın. Hər kəsin balası salamat olsun. Həkim gələcəyi üçün heç bir qorxusu olmayacağını bildirdi. Heç bir övlad anasız, atasız qalmasın.

Onu dualar saxladı. Allah izn verərsə, olar. Allahım izn verdi ki, o, bu gün öz sağlığına qovuşdu. Yalnız zəng edənlərə deyirdim ki, dua edin. Göydə Allah, yerdə dualar onu qorudu”.

Qeyd edək ki, Mələkxanım Eyubovanın Cəfər və Nicat adlarında iki oğlu, Nəzrin və Nərmin adlarında iki qızı var. Cəfər Nəcəfov ailəlidir, bir qız atasıdır.





SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)