Samirə Bağırova: “Həmin məşqçi məhəllədə "vəziyyətə baxan", zəiflərin gözünün odunu alan biri kimi davranış göstərir...”




      Bölmə: Sosial Tarix: 02.05.2023 / 18:34

Xəbər verdiyimiz kimi, Sumqayıt şəhəri 19 nömrəli tam orta məktəbin idman zalında sambo məşqi zamanı 2016-cı il təvəllüdlü Fərid Bakarova ağır xəsarətlər yetirərək ölümünə səbəb olan Avropa oyunlarının mükafatçısı, idman ustası Mehman Xəlilov barədə kamera görüntüləri yayılıb. Müşahidə kameralarından aydın olur ki, M.Xəlilov məşq zamanı azyaşlıya qarşı kobud rəftar edib. Görüntülər ictimaiyyətdə böyük qınaqla qarşılanıb. Bildirilir ki, M.Xəlilovun psixoloji durumu yerində deyil, onun hərəkətləri normal müəllimə xas olmayan hərəkətlərdir.

 

Bu barədə açıqlama verən tanınmış psixoloq Samirə Bağırova deyib ki, məşqçi müəllimdən daha üstün sahədir.

 

“Trener, yəni məşqçi kimdir? İdmanın hər hansısa növü üzrə mütəxəssis, sahəsi üzrə arzu olunan nəticələri əldə etmiş, uğur qazanmış peşəkar və vaxtaşırı bacarığını artırmağa, yeni biliklər əldə etməyə davam edən “coach”, yəni “həyat koçu” da demək olar. Məşqçi həm psixoloq, dost, yoldaş, eyni zamanda disiplinli, sərhədli davranış, təlim-tərbiyə, diqqət foksunu inkişaf etdirən mütəxəssisdir. Ona “motivasiya üzrə peşəkar koç” da demək olar. Bilmirəm, sözügedən videodakı insanın uğurları var, ya yox. Amma görünür ki, məşqçi sahəsi ilə  heç bir əlaqəsi yoxdur. Uşaqlarla empati qura bilmir, əksinə, onlarda qorxu ilə travma yaradır. İdman psixologiyası digər psixologiyadan çox fərqlidir. Yəni bir var, uşağa dalaşmağı öyrətmək, bir də var uşağı hədəfə çatmasına yönləndirmək. Bir çox ailələr uşağını idmana məhz bu səbəbdən yazdırır ki, dalaşmağı, özünü müdafiə etməyi öyrənsin. İdmanın bütün növündə mədəniyyət, nizamlı davranış durur”, - psixoloq deyib.

 

S.Bağırova bildirib ki, uşaq psixologiyasında azyaşlı uşaqların “Kunq-fu” idman növü ilə məşğul olmaları tövsiyə edilir: ““Kunq-fu” uşaqlara səbir, iradə, diqqət foksu, nizam-intizamlı olmağı öyrədir. Mehman Xəlilov isə isə məhəllədə "vəziyyətə baxan", zəiflərin gözünün odunu alan biri kimi davranış göstərir. Eynisini də uşaqlara öyrədir. Sahəsindən asılı olmayaraq insan anlamalıdır ki, qorxutmaq hörmətli olmaq deyil. Azyaşlı uşaqların əksəriyyətinə “böyüyəndə kim olmaq istəyirsən?” sualını verdikdə ya “polis” deyəcək, ya da “idmançı”. Niyəsini soruşanda isə deyəcək ki, “məndən qorxsunlar deyə”. Çünki ölkə olaraq valideynlər uşağı qorxudaraq böyüdür. Ya ata ilə, ya “həkim gəlib sənə iynə vuracaq”, ya cinlə qorxudurlar, ya da daha nələrləsə. Dəfələrlə demişəm, təkrar edirəm - bizim ölkədə ailələrdə tərbiyə sistemi yoxdur, qaydalar var. Ona görə sözügedən məşqçinin də davranışında ancaq qorxutmaq görünür, öyrətmək deyil. Üstəlik digər uşaqlar önündə bir uşağı ayıblamaq, lağ etmək, o şəkildə davranmaq birbaşa həmin uşağa dərin psixoloji travma yetirməkdir. Valideynlərə diqqətli olmaları tövsiyə olunur. Uşağı dalaşmağa deyil, kimliyindən asılı olmayaraq mədəni biri olmağa yönəltmələri məqsədəuyğundur”. /pravda.az/






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)