Azərbaycanlı Tələbələr Birliyinin rəhbəri Bakıda saxlanıldı - Şantaja görə...




      Bölmə: Gündəm Tarix: 02.05.2023 / 18:41

Türkiyənin Kayseri şəhərində fəaliyyət göstərən Azərbaycanlı Tələbələr Birliyinin rəhbəri Əlixan Məhərrəmli barəsində Azərbaycanın hüquq-mühafizə orqanlarına müraciət daxil olub.


44gun.az
"Qafqazinfo"ya istinadla xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Sumqayıt sakini, 2001-ci il təvəllüdlü S.Əkbərova (şərti) bildirib ki, Əlixan Məhərrəmli onu şantaj edərək 20 min dollar verməsini tələb edir.


Kayseridəki universitetlərdən birində təhsil alan 22 yaşlı tələbə qeyd edib ki, Ə.Məhərrəmli onu Türkiyədə yaşayan Berat (şərti) adlı şəxslə əlaqələri ilə bağlı şantaj edir. İddia edilir ki, Berat qanunazidd fəaliyyəti ilə tanınır. Belə ki, ərizəyə əsasən, QHT rəhbəri gənc xanıma cinayət aləminin üzvü ilə münasibətlərinin olmasını universitet rəhbərliyinə bildirəcəyini deyib, hədə-qorxu gəlməklə ondan pul tələb edib.

 
Şikayətçi hədə-qorxunun Bakıda davam etdirildiyini əlavə edib.


DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, Əlixan Məhərrəmli Bakıda saxlanılıb:


"Vətəndaş tələbə yoldaşı Əlixan Məhərrəmlinin ondan hədə-qorxu gəlməklə 20 min dollar tələb etməsi ilə bağlı polis orqanına müraciət edib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Əlixan Məhərrəmli müəyyən olunaraq saxlanılıb və barəsində cinayət məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə cinayət işi açılıb. Məhkəmənin qərarı ilə onun barədə 3 ay həbs qətimkan tədbiri seçilib. Yasamal RPİ-də istintaq araşdırmaları davam etdirilir".


Qeyd edək ki, Ağcabədi rayon sakini olan 1997-ci il təvəllüdlü Əlixan Məhərrəmli 2018-ci ildə Kayseri Şəhəri Azərbaycanlı Tələbələr Birliyinin sədri və 2020- ci ildə Kayseri Türk Dünyası Tələbələr Birliyinin sədridir.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)