7 gündür morqda qalan Siyavuş Aslanın oğlunun meyitinə sahib çıxan TAPILDI




      Bölmə: Xəbər Tarix: 06.05.2023 / 13:26

Xəbər verildiyi kimi mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslanov vəfat edib.  

Qeyd edək ki, Çingiz Siyavuşoğlu 27.04.2023-cü il tarixində Nəsimi rayonu ərazisindən çağırış əsasında TƏBİB-in tabeliyindəki Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən küçədən təxliyə olunub.

Ona Kliniki Tibb Mərkəz, 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında, eləcə də Sabunçu Tibb Mərkəzində zəruri tibb xidmətlər göstərilib. Aparılan reanimasyon tədbirlərə baxmayaraq, 29.04.2023 tarixdə bioloji ölüm baş verib. Ona infeksion hepatit, qaraciyər sirrozu, assit diaqnozları qoyulub. Nəşi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu şöbəsinə təhvil verilib. Çingiz Aslanovun  nəşi Sabunçu Tibb Mərkəzinin morqundadır və 5 gündür ki, onun cənazəsini təhvil alan yoxdur. 

Xalq artistinin mərhum oğlunun nəşinə sahib çıxan və dəfn etmək istəyən könüllü tapılıb.  

44Gun.Az xəbər verir ki, bizim.media-ya bu barədə müraciət edən Yeni Baxış İctimai Nəzarət Cəmiyyətinin mətbuat katibi Vüqar Əmirov Çingiz Aslanovu müsəlman adəti və üsulu ilə dəfn etmək istədiyini bildirib. Əlaqədar qurumlara səslənən Vüqar Əmirov öz hesabına mərhumu Türkan qəbirstanlığında torpağa tapşırmaq istəyir: "Türkan bələdiyyə sədri Böyükağa Yarıyevə də müraciət etdim. O, da təşəbbüsümü bəyəndi və dəstək göstərəcəyini qeyd etdi. Mən Xalq artisinin oğlunun kimsəsizlər qəbirstanlığında dəfn edilməsini istəmirəm. Onun atası illərini və ömrünü bu xalq üçün fəda edib. Siyavuş Aslan xalqın adını daşıyır. Biz də xalqın övladıyıq. Lazım olarsa Hacı Ağa Abdullayevin yanında və ya istənilən yerdə onu dəfn etməyə hazıram. Narkoman, alkaş, yaxud tufeyli olsa da, o, bir insandır və haqq dünyasındadır.  

Mən ona sahib dururam və gücüm çatan qədər nə lazımdırsa etməyə hazıram. Siyavuş Aslan sağ olarkən onun ətrafında olan insanlar qaçıb gizlənib. Çingiz Aslanov hər kim olsa da, bu gün Xalq artistinin adın daşıyır. Hesab edirəm ki, xalq olaraq onu müsəlman adət-ənənəsinə uyğun olaraq dəfn etmək lazımdır", - deyə Vüqar Əmirov bildirib. 

Qeyd edək ki, Çingiz Aslanov tüfeyli həyat tərzi keçirirdi. Onun küçələrdə gecələməsi ilə bağlı dəfələrlə görüntülər yayılıb. Ç.Aslanov 2021-ci ildə sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdirilsə də, öz istəyi ilə oranı tərk etmişdi. 






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)