“Heç atam da qoymurdu ki, qardaşımla oturub-durum”




      Bölmə: Xəbər Tarix: 06.05.2023 / 13:44

Xəbər verdiyimiz kimi, xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslan bir həftə əvvəl vəfat edib, lakin onun cənazəsi təhvil alınmadığından bu müddətdə Məhkəmə Tibbi-Ekspertiza və Pataloji Anatomiya Birliyində qalıb.

44gun.az xəbər verir ki, Moderator.az məsələ ilə bağlı mərhumun qardaşı Eldar Aslanla əlaqə saxlayıb.

Siyavuş Aslanın kiçik oğlu qardaşının ölümündən xəbərsiz olduğunu bildirib: “Vallah xəbərim yoxdur. Ailəsi olaraq xəbər versəydilər, bilərdik. Deyirlər ki, 5 gündür dünyasını dəyişib, nə əcəb bu 5 gündə sosial şəbəkələrdə yayılmadı? Kimsə mənə zəng etmədi? Bizim ailə qəbirstanlığımız yoxdur. Atamı fəxri xiyabanda dəfn ediblər, anamı isə Yasamal qəbirstanlığında. Anamın yanında da yer yoxdur. Onsuz da bu yolu götürmüşdü, ona doğru gedirdi. Başqa cür olması mümkün deyildi. Bu insan 60 yaşında da pis vərdişlərindən əl çəkmədi”.

Eldar Aslan qardaşı ilə münasibətinin heç vaxt yaxşı olmadığını bildirib: “Əslində böyük qardaş o idi. Böyük qardaş atanın yarısı deməkdir. Mən əlimdən gələni edirdim. Amma o heç nə etmirdi. Mənim onunla aramda qardaşlıq olmayıb. Barmaqla sayaram ki, mən bu insanı neçə dəfə görmüşəm. Həyatının 20 ilini həbsxanada yatıb. Evdə də tapılmırdı. Ondan qayğı görməmişəm. Əvvəldən aramızda soyuqluq var idi. Atam da heç sağlığında qoymurdu ki, onunla oturub-durum. Deyirdi ki, “nə badə həbsxanaya yanına gedəsən”. Bir-iki dəfə atamla getmişdim. Bir atanın övladıyıq. Bir qardaş kimi boynuma nə düşürsə, onuda etməliyəm”.

Eldar Aslan əlavə edib ki, hazırda işsizdir: “2019-cu ildə pandemiya olandan Moskvadan aralanıb, Bakıya gəldim. İşimi itirdim. İndiyə qədər iş-güc tapa bilmirəm ki, kirayə pulumu verə bilim. Var-dövlət istəmirəm, normal həyat sürmək istəyirəm. Savadıma, təcrübəmə uyğun iş istərdim. Yaşımın çox olduğunu bilib işə götürmürlər”.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)